“Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin yeni üzvü təyin olunub


İqtisadiyyat 12 Okt 2017 15:06:50 352 0

“Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin yeni üzvü təyin olunub

Bu, Bankın Maliyyə Departamentinin müdiri Roman Rudakovdur

“Bank VTB (Azerbaijan)” ASC-nin İdarə Heyətinin yeni üzvü bankın Maliyyə Departamentinin müdiri Roman Rudakov təyin olunub.

“Report" bu barədə Banka istinadən xəbər verir.

R.Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər İnstitutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb. 2017-ci ildən "Bank VTB (Azerbaijan)"ın Maliyyə Departamentinə rəhbərlik edir.