Sahil Babayev: "Bəzən ixrac məhsullarının tam qeydiyyatı aparılmır"


İqtisadiyyat 11 Okt 2017 11:00:43 399 0

Sahil Babayev: "Bəzən ixrac məhsullarının tam qeydiyyatı aparılmır"

Nazir müavini: "Bu ilin ilk 8 ayında ixrac 30% artıb"

 "Aparılan iqtisadi islahatların nəticəsidir ki, Azərbaycanın regionlarına artıq 1,7 mlrd. manat yatırılıb".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini qeyd edib ki, bu investisiya layihələrinin 80-ə yaxını icra edilib: "Bu investisiyalar nizamnamə kapitalı şəklində qoyulub və həmin vəsaitlərin 30-35%-i sahibkarın öz vəsaiti, qalanı isə borclanma hesabınadır. Kredit faizləri aşağı düşdükcə bu borclanma məsələləri də öz qaydasına düşəcək".

Nazir müavini əlavə edib ki, bəzən ixrac edilən məhsulların qeydiyyatı tam aparılmır: "Bu ilin ilk 8 ayında ixrac 30% artıb. Bu rəqəm çox əhəmiyyətlidir. Bəzən ixrac edilən məhsulların tam qeydiyyatı aparılmır. Əgər tam qeydiyyat aparılsa, bu rəqəm daha çox olar".