Nazir müavini: "Bal yarmarkasına kənardan bal gətirilməsinin qarşısı alınacaq"


İqtisadiyyat 10 Okt 2017 14:38:48 413 0

Nazir müavini: "Bal yarmarkasına kənardan bal gətirilməsinin qarşısı alınacaq"

Bu il ilk dəfə yarmarkada səyyar laboratoriya təşkil edilib

“Ötən il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyi balın satış qiymətinə toxunmayıb. Çünki bu tələb-təklif əsasənda müəyyən edilir. Təbii ki, keyfiyyətli balın qiyməti ona hazırlanmasına çəkilmiş zəhmətə uyğun olmalıdır”. 

"Report" xəbər verir ki, bunu bu gün Bakıda açılmış ənənəvi arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında nazir müavini Seyfəddin Talıbov deyib.

O, həmçinin qeyd edib ki, yarmarkaya kənardan bal gətirilməsinin qarşısı alınacaq: "2015-ci ildə kənardan bal gətirilməsinə cəhdlər olmuşdu və onun qarşısı alındı. Görülmüş işlər nəticəsində ötən il belə hal baş vermədi. Amma bu il nəzarət tədbirlərini bir az da gücləndirmişik”.

Onun sözlərinə görə, balın keyfiyyətinin yoxlanılması məqsədi ilə bu il ilk dəfə yarmarkada səyyar laboratoriya təşkil edilib: "Azərbaycan Arıçılar Assiosiyasının istəyi ilə səyyar laboratoriya təşkil etmişik. Aldığı məhsulun keyfiyyətinə əmin olmaq istəyən alıcılar balı həmin laboratoriyada yoxlatdıra bilər”.