"Saudi Aramco" neft satışını rekord həddə azaltmağa hazırlaşır


İqtisadiyyat 10 Okt 2017 09:26:08 342 0

"Saudi Aramco" neft satışını rekord həddə azaltmağa hazırlaşır

Azalma 7%-dən çox olacaq

Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti öz müştəriləri üçün neft satışını noyabr ayında ciddi şəkildə azaltmağa hazırlaşır. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat S.Ərəbistanı Energetika Nazirliyi tərəfindən verilib.

"Saudi Aramco"nun noyabr ayında müştərilərinə 7,15 mln. barel/gün neft satmağı planlaşdırdığı bildirilir. Bu, nəzərdə tutulan həcmdən 0,55 mln. barel/gün və ya 7,14% azdır. Qeyd edək ki, sentyabr ayında S.Ərəbistanı ixrac həcmini 6,7 mln. barel/günə qədər azaldıb.

S.Ərəbistanı və Rusiya, neft bazarında sabitliyin təmin edilməməsi durumunda 2018-ci ilin aprel ayından etibarən OPEC+ neft hasilatının azaldılması anlaşmasının uzadılmasını dəstəklədiklərini bəyan ediblər.