Barkindo: "Neft bazarında sabitliyi qorumaq üçün əlavə addımlar atılmalıdır"


İqtisadiyyat 09 Okt 2017 12:00:15 328 0

Barkindo: "Neft bazarında sabitliyi qorumaq üçün əlavə addımlar atılmalıdır"

S.Ərəbistanı və Rusiya müzakirələrə başçılıq edirlər

Neft bazarında sabitliyi 2018-ci ildə də qorunub saxlanılması üçün hasilatçı ölkələr bir sıra əlavə addımlar atmağa məcbur qala bilər. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı OPEC-in baş katibi Məhəmməd Barkindo Nyu-Delhidə çıxışı zamanı verib.

Hindistanın neft naziri Dhamendra Pradhanla görüşü zamanı M.Barkindo "birincisi, neft bazarının yenidən balanlaşdırılması prosesinin başlaması mövzusunda fikir birliyi var. İkincisi, 2018-ci ildə sabitliyi təmin etmık üçün əlavə addımlar atmaq istiqamətində fikir birliyi var" deyə bildirib. Barkindo qeyd edib ki, OPEC-dəki müzakirələrə S.Ərəbistanı və Rusiya başçılıq edir.