Çindən sonra Avropa da kriptovalyutaların IPO-suna qadağa qoymağa hazırlaşır
İqtisadiyyat 06 Okt 2017 19:37:45 357 0
ECB sərt məhdudiyyətlər hazırlayır
"Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Avstriyanın həftəlik "Trend" jurnalına bu ölkənin Mərkəzi Bankının rəhbəri və ECB-nin idarə heyətinin üzvü Evald Novotnı bildirib.
Novotni açıqlamasında qeyd edib ki, bitkoin kimi virtual valyutalar çox təhlükəlidir. O, virtual valyutaların Avropada IPO-sunun qadağan olunması barədə sualı da cavablandırıb: "ECB-də bununla əlaqədar sərt qanuni məhdudiyyətlər qəbul olunacaq".
Xatırladaq ki, bir müddət əvvəl Çin Mərkəzi Bankı (PBOC) rəqəmsal valyutaların IPO-sunun qanundankənar olduğunu və bununla bağlı təbliğedici fəaəliyyətlərin dayandırılacağını bildirib. PBOC-un yaxın vaxtlarda bütün kriptovalyutaların Çində istifadəsinin və ticarətinin qadağan olunacağını təklif edəcəyi bildirilir. Bank kriptovalyutaların normal pullara ekvivalent dəyərə sahib olmayacağını qeyd edib.