Parlamentə lizinqlə bağlı yeni qanun layihəsi təqdim olunacaq


İqtisadiyyat 06 Okt 2017 10:19:21 330 0

Parlamentə lizinqlə bağlı yeni qanun layihəsi təqdim olunacaq

Asim Zülfüqarov: "Palatada indi fundamental tədbirlər aparılır"

Azərbaycanda lizinq haqqında yeni qanun layihəsi hazırlanır. 

"Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov məlumat verib. O deyib ki, qısa müddətdə qanun layihəsini Milli Məclisə təqdim edəcəyik.

"Mikromaliyyə institutları maliyyə texnogiyalarından geniş istifadə etməlidir. Biz tənzimləmədə də dəyişiklik etməyə çalışırıq ki, əhalinin maliyyəyə çıxışı maksimum təmin olunsun", - Nəzarət Palatasının rəsmisi əlavə edib.

"Sektora zərərli olan maliyyə institutları sahədən uzaqlaşdırılıb. Hazırda 123 BOKT var, sektor mənfəətlə işləyir. Maliyyə Bazarlarına Nəzarət Palatası ilk növbədə sağlamlığı təmin etməlidir. Daha sonra isə dayanıqlığa, maliyyə inkulizivliyinə yönəlməliyik. Palatada indi fundamental tədbirlər aparılır" - A.Zülfüqarov vurğulayıb.