“Azərişığ”ın nizamnamə kapitalı artırılıb


İqtisadiyyat 05 Okt 2017 09:36:24 421 0

“Azərişığ”ın nizamnamə kapitalı artırılıb

Nazirlər Kabineti qurumun nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 14 may 2015-ci il tarixli qərarında dəyişiklik edib

Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 14 may 2015-ci il tarixli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, qərara əsasən, səhmdar cəmiyyətin nizamnamə kapitalı 575 mln. manat və yaxud 64,9% artırılaraq 885 633 532 manatdan 1 460 633 532 manata çatdırılıb.

Bunun üçün “Azərişığ”ın dövriyyədə olan, hər birinin nominal dəyəri 2 manat olan səhmlərinin sayı 442 816 766-dan 730 316 766–ya çatdırılıb.

Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına, eləcə də “Azərişığ”a bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.