Xəbərlərin siyahısı

“Mənəviyyatsız, əqidəsiz, əxlaqsız, ən axırıncı şərəfsiz insan...”

2023-01-07 01:31:00

Son.az xəbər verir ki, tanınmış müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb.   - İlahə xanım, öncə yeni ilinizi ürəkdən təbrik edirəm. 2022-ci il sizin üçün necə yadda qaldı?

Arıqlamağa kömək edən səhər yeməyi

2023-01-07 01:01:00

Bu səhər yeməyi sizin ayda 5 kq arıqlamağınıza və orqanizminizin yığılıb qalmış toksinlərdən xilas olmağınıza səbəb olacaq. Biz günümüzə səhər yeməyi ilə başlayırıq. Səhər yeməyinin yaxşı olmağı bizim günümüzün necə keçəcəyini bəlli edir. Sağlam və bol vitaminli səhər yeməyi bizim gün ərzində enerjili olmağımıza səbəb olur. Mütəxəssislər insaların sağlamlığına səhər yeməyinin böyük rol oynağını qeyd edirlər. Vitamin və minerallarla  zəngin səhər yeməyi isə orqanizmdə maddələr mübadiləsinin normal getməsinə və orqanizmin sağlamlığına səbəb olur. Dietoloqlar  isə orqanizmdən yığılıb qalmış toksinləri xaric edən və bağırsaqlardan asanlıqla xaric olan səhər yeməyini məsləhət bilirlər. Bu reseptlə hazırlanmış səhər yeməyi  qəbizliyi a radan qaldırır və ay ərzində 3-5 kq arıqlamağa səbəb olur. Dietoloqlar istənilən nəticəni əldə etmək üçün bu səhər yeməyini ən azı bir ay qəbul etməyi məsləhət bilir. Bu yeməyin ən azı bir ay yeyilməsi sizin orqanizminizi yığılıb qalmış toksinlərdən azad etməklə saçlarınızın və dırnaqlarınızın sağlamlığını bərpa edəcək və dərinizi cavanlaşdıracaq. Yeməyin hazırlanması: * yulaf - 2 xörək qaşığı * yağsız qatıq - 1 fincan * kakao tozu - 1 çay qaşığı * üyüdülmüş kətan toxumu - 1 çay qaşığı * quru gavalı - 5-7 ədəd Hazırlanması: 1. Yeməyin hazırlanmasına axşamdan başlamaq 2. Gavalının üzərinə 100 qram qaynar su tökülür və 10 dəqiqə saxlanılır. 3. Digər qabda yulaf, kakao və kətan toxumu qarışdırılır. 4. Qarışıma yağsız qatıq əlavə edilir. 5. Sonra yumşalmış gavalı doğranır və qarışıma qatılır. 6. Qarışım blenderdə üyüdülür. 7. Hazırlanmış məhsul soyuducunun dondurma gözündə saxlanılır. Qarışın hər axşam hazırlanır,  soyuducuda  saxlanılır və səhər donu açıldıqdan sonra otaq temperaturunda qəbul edilir.

Xaçmazda şok olay: İki qadına qarşı təcavüz oldu

2023-01-07 00:31:00

Xaçmaz rayonunda 1990-cı il təvəllüdlü Əhməd (adlar şərti verilib - red.) iki qadına qarşı quldurluq və seksual xarakterli hərəkətlərə cəhd edib.

Günün qoroskopu: Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq

2023-01-07 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Xəz papağını itirən Elza onun axtarışına çıxdı VİDEO

2023-01-06 23:59:00

"Bir şeirim var, yadıma düşdü: "Bir əlim balağımda, bir əlim papağımda... Sən hər zaman varsan yadımda, yanımda..." Yeni il ərəfəsində çox istifadə etdiyim geyimlərimdən birini itirmişəm. İtki insana təsir edir. Söhbət "korona" ilə bəzədilmiş xəz papaqdan gedir".

Dneprdə Lomonosovun da heykəli söküldü

2023-01-06 23:52:00

6 yanvar tarixində Ukraynanın Dnepr şəhərində rusiyalı alim Mixail Lomonosovun abidəsi sökülüb.

XİN məlumat yaydı: “Blokada” və “humanitar vəziyyət” haqqında yalanlara...

2023-01-06 23:46:00

"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi (Maykl Karpenter - red.) "blokada" və "humanitar vəziyyət" haqqında yalan xəbərlərə aldanıb".

Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinin daşınmasına başlanıldı İrəvan təsdiqlədi

2023-01-06 23:39:00

Ermənistan və Türkiyə birbaşa hava yük daşımalarına başlayır.

Bakıda yaşayış binasında yanğın olub

2023-01-06 23:32:00

Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

Neft qısa müddətdə

2023-01-06 23:25:00

2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək, çünki məhdud təklif artan tələbatla üst-üstə düşür.

Üç nəfər dəm qazından zəhərlənib

2023-01-06 23:19:00

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

BMT Rusiyanın atəşkəsini dəyərləndirdi

2023-01-06 23:12:00

Rusiyanın Milad atəşkəsindən sonra Ukraynada intensiv, yaxud iri toqquşma müşahidə edilmir.

Ramil Səfərov "Turan" mahnısına oynayır, Şəmistan Əlizamanlı ifa edir VİDEO

2023-01-06 23:05:00

Son.az musavat.com-a istinadən unikal görüntüləri təqdim edir. Milli Qəhrəman Ramil Səfərov, əfsanəvi doyüşçü, Boz QURD Etibar Əmiraslanov, AVMVİB-nin sədri Füzuli Rzaquliyev, 1-ci Qarabağ müharibəsinin digər əfsanəvi döyüşçüləri qazi dostları Mubariz Quliyevin yubileyində rəqs edirlər.

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb

2023-01-06 22:58:00

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.

ABŞ Ukraynaya 3 milyard dollardan çox yeni müdafiə yardımı paketini açıqlayıb

2023-01-06 22:51:00

ABŞ Ukraynaya 3 milyard dollardan çox dəyərində yeni müdafiə dəstəyi paketi ayırır.

Dünyada ilk: Robot məhkəmə işi aparacaq

2023-01-06 22:44:00

Dünyada ilk dəfə Böyük Britaniyada robot hüquqşünas məhkəmə işi aparacaq.

Zelenski Almaniya kansleri ilə gələcək əməkdaşlığı müzakirə edib

2023-01-06 22:38:00

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts telefon danışığı zamanı ordunun gücləndirilməsi üçün gələcək əməkdaşlığı müzakirə edib.

ABŞ və Almaniya Ukraynaya dəstəyi müzakirə etdi

2023-01-06 22:31:00

Almaniya müdafiə naziri Kristin Lambrext və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.

DİN Naxçıvanda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

2023-01-06 22:24:00

Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Qeyriadi sualtı park FOTO

2023-01-06 22:17:00

"OMA" arxitektura bürosu qeyri-adi - "ReefLine" sualtı park layihəsini tamamlamaq üzrədir.

“TOGG” elektromobili Las Veqas SƏRGİSİNDƏ VİDEO

2023-01-06 22:11:00

Türkiyənin ilk elektromobili olan "TOGG" ABŞ-ın Las Veqas şəhərində dünyanın ən böyük texnologiya sərgilərindən birində yeni konseptlə təqdim edilib. 

Krım yaxınlığında ruslara zərbə: 100dən çox yaralı var

2023-01-06 22:04:00

Ukrayna Silahlı Qüvvələri dünən Xersonun cənubunda, İkinci Qavrilovka kəndində Rusiya hərbçilərinin cəmləşdiyi məntəqəyə zərbə endirib.

Yalnız varlı olmaq istəyənlər oxusun PUL MƏQSƏD DEYİL VİDEO

2023-01-06 21:57:00

21 yaşlı avstraliyalı Harri Sanders şəxsi biznesini qurub.

Ermənistanın Azərbaycanla sərhədi yanır VİDEO

2023-01-06 21:50:00

Ermənistanın Azərbaycanla sərhədində meşə ərazisi yanır.

Gədəbəydəki qızıl emalı zavodunda baş verən yanğınla bağlı

2023-01-06 21:43:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Arıqdam kəndində qızıl emalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə CinemaPlusa gəlirlər

2023-01-06 21:30:00

"CinemaPlus" kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan - satış rekordları qırmağa davam edən "Avatar 2: Suyun Yolu" filminin nümayişi başlayıb.

Dünyanın ən sürətli lifti

2023-01-06 21:16:00

Hadisə Sereni prokurorluğa şikayət etdi VİDEO

2023-01-06 20:53:00

Türkiyənin pop ulduzu Hadisə qalmaqallı aparıcı Seren Serengili polisə verib.

İran və Rusiyadan gətirilən kartof zay çıxdı

2023-01-06 20:44:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

"Bir oturuma 40 xəngəl yeyə bilərəm"

2023-01-06 20:35:00

"Əgər istedadın varsa, tamaşaçılar səni sevirsə, bilirlər ki, sənin canında sənət yanğısı var, sən qalmaqalsız da yadda qalacaqsan. Heç vaxt qalmaqalda adım hallanmayıb, heç vaxt da bunu tamaşaçılar görməyəcəklər. Tamaşaçıya bizim sənətimiz, performansımız maraqlıdır. Sazımla, sənətimlə, səmimiyyətimlə sevilmişəm. Pul verib insanlara özünü sevdirə bilməzsən. Sevgi pul ilə alınıb, satılmır. Özümü heç vaxt çərçivəyə sala bilmərəm. Uzun müddətdir ki, Bakıdayam, amma heç vaxt ləhcəmi dəyişməmişəm"   Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib.   Tanınmış aşıq geyimlərindən də danışıb.   "Xanım aşıq öncə geyiminə, sonra da ağzından çıxan ifadələrə, fikirlərə diqqət etməlidir. Mən saz ifaçısıyam, qısa geyinib efirə, səhnəyə çıxa bilmərəm. O qədər deyiblər ki, bəlkə bu cür geyinəsən?! Geyimlərimə çox pul xərləməyin tərəfdarı deyiləm. Əsas mənə yaraşan olsun. Ucuz da olsa geyinərəm. Amma ucuz geyinmirəm. Kifayət qədər brend geyimlərdən də istifadə edirəm" deyə aşıq bildirib.   Aşıq xəngəl yediyi üçün arıqlaya bilmədiyini bildirib.   "Qış ayıdır, əsl xəngəlin havasıdır. Artıq el-aləm hamısı bilir ki, mənim xəngəllə aram əladır. Bir oturuma 40 xəngəl də yeyə bilərəm. Düzdü, çəkim artır, amma heç bir kompleksim də yoxdur. Pəhriz saxlaya bilmirəm. Bəzən özümə söz verirəm ki, bu gün yeməyəcəm. Xəngəldən danışırlar, gedib yeyirəm. Könlümə düşsə mütləq yeyəcəm. Xəngəli çox yediyim üçün arıqlaya bilmirəm. Bunu özümə dərd də etmirəm" deyə aşıq bildirib.

Özbəkistanda zooparkda ayı işçini öldürdü

2023-01-06 20:26:00

Özbəkistanın şərqindəki Əndican vilayətində zooparkın işçisi ayının hücumuna məruz qalaraq ölüb.

Reanimasiyaya düşən Hollivud ulduzu yeni görüntülərini paylaşdı VİDEO

2023-01-06 20:17:00

Qar təmizləyən maşının altında qalan və reanimasiyaya düşən aktyor Ceremi Renner xəstəxana çarpayısında bacısının onu necə çimizdirdiyini nümayiş etdirib.

"Xəyanəti 4 il sonra öyrənmişdim"

2023-01-06 19:59:00

Türkiyəli aktrisa-müğənni Hülya Avşar restoranların birindən çıxarkən görüntülənib.

Azərbaycanda bu şəxslərin maaşı artır 30, 40, 50 AZN...

2023-01-06 19:55:00

Minimum əməkhaqqının artırılaraq 345 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam müəllimlər arasında müəyyən qədər çaşqınlıq yaradıb.

Qazaxıstanda “McDonald's” lövhələri belə söküldü VİDEO

2023-01-06 19:50:00

"McDonald's" restoranlar şəbəkəsi Qazaxıstanda sözügedən brend altında fəaliyyətini dayandırıb.

"Dedilər ki, 21 il niyyət etmişik ki, övladımızın toyunda siz oxuyasınız" VİDEO

2023-01-06 19:41:00

"Bu yaxınlarda səsim batdı. Bunu deməkdən utanmıram. 30 min manatlıq gələn toy təkliflərinə rədd cavabı verdim. Aldığım behləri belə qaytardım. Xanəndə və həmkarım Babək Niftəliyevi pis vəziyyətdə qoydum".

Xatunun Dubay tətili FOTO

2023-01-06 19:23:00

Müğənni Xatun Əliyeva Dubaya tətilə gedib.

Unibankın kapitalı 31 milyon manat artıb

2023-01-06 19:00:00

Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda uğurla yekunlaşıb.

Qalkin Rusiya əleyhinə şüarı səsləndirdi VİDEO

2023-01-06 18:56:00

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin ötən gün Dubayda səhnə alıb.

"Cavidanı izləməyəndə, danlayır, döyür adamı, mən də qorxuram" VİDEO

2023-01-06 18:47:00

Aktyorlar Həsrət Həsrətov və Müşfiq Şahverdiyev həmkarları Cavidan Novruzovun canlı efirdə paxırını açıblar.

Uşaqları Tiktoka girən valideynlərin nəzərinə Qadağan ola bilər VİDEO

2023-01-06 18:38:00

Mobil cihazlar, sosial şəbəkələr və uşaqlar. Texnologiyanın elə bir dövrüdür ki, kiçik yaşlı uşaqların əlindindən də mobil telefonlar əskik olmur. Onların əyləncə məqsədi ilə daxil olduqları sosial şəbəkələrdəki kontentlər isə heç də hər zaman güvənli hesab edilmir.

Gədəbəydə qızıl mədənində yanğın olub, 8 nəfər tüstüdən zəhərlənib

2023-01-06 18:22:00

Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.

8 nəfərin yaralandığı qəzanın görüntüləri VİDEO

2023-01-06 18:20:00

Moskvanın Sevastopol prospektində baş verən dəhşətli yol qəzasında biri uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Bu ölkədə 78 milyon dollar rüşvət alan məmur edam ediləcək

2023-01-06 18:11:00

Çində 78 milyon dollar rüşvət alan məmur barəsində edam hökmü çıxarılıb.

DSX və DGK rəhbərliyi Naxçıvanda Türkiyə və İran sərhədində olub FOTO

2023-01-06 18:05:00

Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində olublar.