Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilir Yunus Oğuz
Siyasət 25 Apr 2025 12:56:00 52 0
"Azərbaycanın yerləşdiyi coğrafi ərazi, tarixi İpək Yolunun bu dövlətin ərazisindən keçməsi hələ keçmiş dönəmdən onu Avropa və Asiyanı birləşdirən, eləcə də ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkana çevirib. Hazırda yeni dünya nizamında da Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilməkdədir".
Bu xəbəri də oxu: Nazir Azərbaycanın Ermənistandan gözləntilərini açıqladı
"Olaylar" xəbər verir ki, bunu "Olaylar" qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuz deyib: "Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın rolu artmaqda davam edir. Bu, strateji əhəmiyyət baxımından ölkəmiz üçün vacib amildir. Aydındır ki, hazırki şəraitdə ölkələr arasında siyasi-iqtisadi əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Azərbaycanın həyata keçirdiyi loqistik layihələr bu sistemin özəyini təşkil edir. Belə ki, Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcək. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq.
Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri olan və Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi də respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq, İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər böyük bir ərazini əhatə edəcək. Azərbaycan isə həmin nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək.
Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi daha yüksəkdir. Sözügedən dəmir yolu xətti isə Avropa və Asiya qitələrini birləşdirən yeni nəqliyyat dəhlizidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol kimi Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlərini zaman keçdikcə daha da artıracaq. Azərbaycanın reallaşdırdığı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada daha çox Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir.
44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazü bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Zəngəzur dəhlizinin istismarı məsələsi gündəmə gəldi. Nəzərə almaq lazımdır ki, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, eyni zamanda Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir. Məhz bu kimi amillərdən hazırda dünyanın nəhəng dövlətləti arasında Zəngəzur dəhlizi uğrunda mübarizə gedir. Nəticə ondan ibarətdir ki, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Sadalanan faktlar isə deməyə əsas verir ki, Azərbaycan beynəlxalq loqistik qovşağının liderinə çevrilir".
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra təhlükəsizlik

"Miss Azerbaijan 2019"un qalibi Səmra Hüseynova kişiləri tənqi

Heydər Əliyev Fondunun dəstəyi ilə IX Muğam Televiziya Müsabiqəsi başla

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan k

Bir neçə gündür Türkiyədə baş verən zəlzələlər yenidən insanlarda�

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfə

Xəbər verdiyimiz kimi, aprelin 23-də Mərmərə dənizində baş verən 6,2 b

Bakıda marketlərdən birində satılan yoqurt kifli çıxıb.

Ağstafa rayonu Qaçaq Kərəm kənd orta məktəbində bir neçə gündür ki,

Aktyor həyat yoldaşı Murad İsmayıldan boşanan aktrisa Ülviyyə Xəlilbəy

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı vətəndaşlara çağırış

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm o
