Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb


Siyasət 25 Apr 2025 17:26:00 62 0

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunmalıdır..

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməlidir.

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

"Əkinçi"dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən "Media haqqında" Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Prezident Anar Quliyevə yüksək vəzifə verdi  SƏRƏNCAM like
  • 25 Apr 17:24  
Siyasət Prezident Anar Quliyevə yüksək vəzifə verdi SƏRƏNCAM

Anar Adil oğlu Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ş

arrow Ətraflı
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi  SƏRƏNCAM like
  • 25 Apr 17:22  
Siyasət Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi SƏRƏNCAM

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin

arrow Ətraflı
Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyuldu like
  • 25 Apr 17:20  
Siyasət Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyuldu

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişikli

arrow Ətraflı
“Gördüm ki, Mətanət qanın içindədir” like
  • 25 Apr 17:20  
Şou-biznes “Gördüm ki, Mətanət qanın içindədir”

"Dedi ki, vəziyyəti çox pisdir ,qanın içindədir”

arrow Ətraflı
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edilib like
  • 25 Apr 17:14  
Siyasət “Nəqliyyat haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev "Nəqliyyat haqqında" Azərbaycan Respublika

arrow Ətraflı
Üç gün leysan və sulu qar yağacaq  XƏBƏRDARLIQ like
  • 25 Apr 17:14  
Digərləri Üç gün leysan və sulu qar yağacaq XƏBƏRDARLIQ

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə b

arrow Ətraflı
Sabah hava dumanlı olacaq like
  • 25 Apr 17:11  
Digərləri Sabah hava dumanlı olacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi  FOTO like
  • 25 Apr 17:05  
Şou-biznes Tanınmış aktrisa vəfat etdi FOTO

 "Knots Landing" filmində Linda Fairgate və Tina Shepard rolların�

arrow Ətraflı
Aİ səhvini başa düşdü like
  • 25 Apr 17:00  
Siyasət Aİ səhvini başa düşdü

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali n

arrow Ətraflı
Məşhur müğənni Aysunu toydan qovmaq istəyib like
  • 25 Apr 16:52  
Şou-biznes Məşhur müğənni Aysunu toydan qovmaq istəyib

Müğənni Aysun İsmayılova toy məclislərinin birində xoşagəlməz halla

arrow Ətraflı
Onlara vəzifə verildi like
  • 25 Apr 16:37  
Digərləri Onlara vəzifə verildi

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kol

arrow Ətraflı
Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı  FOTO like
  • 25 Apr 16:31  
Siyasət Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı FOTO

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində z�

arrow Ətraflı
Tulin kafedə qadını döyüb  Şikayətçi var like
  • 25 Apr 16:28  
Digərləri Tulin kafedə qadını döyüb Şikayətçi var

Kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.

arrow Ətraflı