Prezident Anar Quliyevə yüksək vəzifə verdi SƏRƏNCAM
Siyasət 25 Apr 2025 17:24:00 48 0
Anar Adil oğlu Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru təyin edilib.
Bu xəbəri də oxu: Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır Sevil Mikayılova
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunmuşdur. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.
Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirilmişdir. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaratmışdır.
Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) yüksək səviyyədə təşkili və ölkəmizin şəhərsalma fəaliyyətinin beynəlxalq miqyasda təbliği məqsədilə qərara alıram
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişikli

Prezident İlham Əliyev "Nəqliyyat haqqında" Azərbaycan Respublika

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə b

Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməd

"Knots Landing" filmində Linda Fairgate və Tina Shepard rolların�

Müğənni Aysun İsmayılova toy məclislərinin birində xoşagəlməz halla

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Sevinc Sarıyevanın və təl�

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kol

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində z�

Kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.

"Xural" internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəh
