Əvəz Zeynallı cəzadan azad edildi
Digərləri 25 Apr 2025 16:28:00 54 0
"Xural" internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Bu xəbəri də oxu: Barmaqları şaqqıldatmaq vərdişi bu halda təhlükəsizdir
"Report" xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.
Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.
Xatırladaq ki, Əvəz Zeynallı bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxub.
O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.
Ə.Zeynallı, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.
25 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşı

Zaqatala sakinləri bazardakı qiymətlərdən şikayət edirlər.Sosial şəbə

"JTI Caucasus" şirkəti, "JT Group"-un ən yeni və qabaqc�

Bu gün Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi

Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlü

"Apple" "iPhone" istifadəçilərinə təhlükəsizliklə b

Moskva vilayətinin Balaşixa şəhərində partlayış baş verib.

İstanbul və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündəki zəlzələ

Son dövrlərdə, çox sayda istifadəçi Android smartfonlarına "WhatsApp

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırs

Balıkesirin Altıeylül Bələdiyyəsinin 23 aprel uşaqlar günü münasibəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri
