Aİ səhvini başa düşdü
Siyasət 25 Apr 2025 17:00:00 61 0
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana gəlib. Prezident İlham Əliyevin qəbulunda olan Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq çox uğurludur və Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir.
Bu xəbəri də oxu: Prezident Anar Quliyevə yüksək vəzifə verdi SƏRƏNCAM
Kallasın səfəri və cənab Prezidentlə görüşü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Onun Azərbaycana gəlişi iki ölkə arasındakı münasibətlər üçün vacibdir və bu səfər Azərbaycanla Aİ arasında yeni dövrün başlanğıcı sayıla bilər.
Uzun illərdir ki, Avropa İttifaqı Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir. Amma bəzi hallarda bu münasibətlərdə soyuqluq və anlaşılmazlıqlar olub. Kaya Kallasın bu səfəri göstərdi ki, Avropa İttifaqı artıq Azərbaycanla daha sıx və dost münasibət qurmaq istəyir. Onlar əvvəlki dövrlərdəki yanlış düşüncələrdən uzaqlaşır və Azərbaycanı olduğu kimi qəbul edirlər.
Səfər zamanı Avropa İttifaqı Azərbaycanın bölgədəki rolunu açıq şəkildə tanıdığını göstərdi. Xüsusilə enerji sahəsində. Azərbaycan bu gün Avropanın 10 ölkəsinə qaz ixrac edir. Bu, o deməkdir ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır. Avropa İttifaqı da bunu qəbul edir və qiymətləndirir.
Görüş zamanı bərpaolunan enerji ilə bağlı əməkdaşlıq imkanları məsələsinə də toxunulub. Xəzərdə külək enerjisinin böyük potensialı və bu enerjinin Trans-Xəzər yolu ilə Avropaya ötürülməsi planları göstərir ki, Azərbaycan və Aİ təkcə qazla kifayətlənmir, daha geniş və gələcəyə yönəlmiş enerji planları qururlar.
Prezident bildirdi ki, Ermənistanla münasibətləri birbaşa və ikitərəfli şəkildə həll etməyə çalışırlar. Bu da Azərbaycanın bölgədə sabitliyin əsas tərəflərindən biri olduğunu Avropa İttifaqına bir daha göstərib.
Bu səfərin nəticələri göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni dövr başlayır. Bu dövr yalnız enerji sahəsində deyil, həm də geosiyasi, nəqliyyat və təhlükəsizlik məsələlərində də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını təmin edir. Kaya Kallasın səfəri Aİ-nin Azərbaycanın bölgədəki əhəmiyyətini tam şəkildə qəbul etdiyini və bu münasibətləri yeni reallıqlara uyğun şəkildə inkişaf etdirməyə hazır olduğunu göstərdi. Səfərdən aydın olur ki, Avropa İttifaqı Azərbaycanla əlaqələri yalnız enerji sahəsi ilə məhdudlaşdırmaq fikrində deyil və onlar münasibətləri daha geniş sahələrdə inkişaf etdirməyə hazırdır.
İslam Son.az
Müğənni Aysun İsmayılova toy məclislərinin birində xoşagəlməz halla

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Sevinc Sarıyevanın və təl�

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kol

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində z�

Kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.

"Xural" internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəh

25 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşı

Zaqatala sakinləri bazardakı qiymətlərdən şikayət edirlər.Sosial şəbə

"JTI Caucasus" şirkəti, "JT Group"-un ən yeni və qabaqc�

Bu gün Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi

Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlü

"Apple" "iPhone" istifadəçilərinə təhlükəsizliklə b
