Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir
Siyasət 19 İyn 2025 17:25:00 56 0
Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan "Bir millət, iki dövlət" kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri iyunun 19-da Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasında Azərbaycanın on milyon sakinini səmimiyyətlə salamladı.
Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub.
"Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm", - deyən Prezident Ərdoğan Kahramanmaraşın "Azərbaycan" məhəlləsini təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.
Türkiyə lideri, həmçinin Kahramanmaraşda yeni yaşayış kompleksi layihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlət İdarəsinə (TOKİ) təşəkkür edib.
"WhatsApp"da uzun müddətdir gözlənilən reklamlar artıq tətbiq o

Lənkəranda toya gedənlər qəzaya düşüb.

Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi davam edir.

Müğənni İradə İbrahimova yeni görüntüsü ilə diqqət çəkib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə yeni rəis təyin edilib.

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanınday

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.

Qeyd etdiyiniz kimi, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın C

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azə

Bu gecə Bakı səmasında görünən naməlum uçan obyektlər paytaxt sakinlə

Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzəl�

Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi i

Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan&q

Böyük Britaniyanın yeni baş naziri Ser Keir Starmer G7 sammitində tərcüm�

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 19-da Kahramanmaraşda Azərba
