Meyxanaçı həbs edildi
Şou-biznes 25 Apr 2025 13:33:00 64 0
Gəncə şəhərində meyxanaçı həbs edilib.
Bu xəbəri də oxu: Tarkandan vəfat edən anası ilə bağlı paylaşım FOTO
Son.az teleqraf-a istinadən xəbər verir ki, həbs edilən meyxanaçı "Fərid Gəncəli" ləqəbi ilə tanınan Fərid Salahovdur.
1992-ci il təvəllüdlü Rəşad Cəfərov (ad və soyadlar şərtidir - red.) aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb.
O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb.
Rəşadın barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Cəfərov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur: "Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da, nikahımı rəsmləşdirməmişəm. 2-3 il ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtdır, narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam".
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Rəşad Cəfərov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Toydan sonra ƏDV (Əlavə Dəyər Vergisi) verilməməsi məsələsi Azərbayca

Cənubi Qafqaz yenidən gərginlik və ciddi çağırışlarla risklər astanas�

"Azərbaycanın yerləşdiyi coğrafi ərazi, tarixi İpək Yolunun bu döv

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra təhlükəsizlik

"Miss Azerbaijan 2019"un qalibi Səmra Hüseynova kişiləri tənqi

Heydər Əliyev Fondunun dəstəyi ilə IX Muğam Televiziya Müsabiqəsi başla

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan k

Bir neçə gündür Türkiyədə baş verən zəlzələlər yenidən insanlarda�

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfə

Xəbər verdiyimiz kimi, aprelin 23-də Mərmərə dənizində baş verən 6,2 b

Bakıda marketlərdən birində satılan yoqurt kifli çıxıb.
