Polkovnik Ələsgər Ələsgərova yüksək vəzifə verildi
Digərləri 14 Tem 2025 20:24:00 65 0
Polkovnik Ələsgər Ələsgərov Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.
Bu haberi de oku: Rusiyada helikopter radardan itdi 5 nəfər...
Son.az APA-ya istinadla xəbər verir ki, o, bu vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı Sərəncama əsasən təyin olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli polkovnik Ələsgər Ələsgərovu Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin kollektivinə təqdim edib.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev qeyd edib ki, nazirliyin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin ardıcıl icrasını, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini uğurla yerinə yetirəcək.