Dənizə gedənlərin nəzərinə: Çimərliklərdə görünməyən təhlükə VİDEO


Digərləri 14 Tem 2025 18:48:00 93 0

Dənizə gedənlərin nəzərinə: Çimərliklərdə görünməyən təhlükə  VİDEO

Xəzər dənizində suyun səviyyəsinin azalması ilə çimərlik sahələrində sürüşmə və lillənmə kimi təhlükəli hallar yaranır.

Bu haberi de oku: "Bitkoin" bahalaşdı

Son.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi şöbəsinin müdiri Əmir Əliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

O deyib ki, əvvəllər suyun səviyyəsi çox və dənizdən gələn küləklər güclü olduqda, sahildə lil toplanmırdı. İndi isə səviyyə azaldığı üçün çöküntülər və lil sahil boyu toplanır. Bu da çimərlikdə görünməyən təhlükəli zonalar yaradır.

Əmir Əliyev onu da bildirib ki, insanlar lil üzərində yeridikdə ayaqları sürüşür, tarazlığı itirir və batma riski artır. 

Coğrafiya İnsitutunun şöbə müdiri qeyd edib ki, çimərliklərə üz tutan vətəndaşlar təhlükə nişanları və ya xəbərdarlıq lövhələri olan yerlərə diqqət yetirməli və üzgüçülük qabiliyyəti zəif olan şəxslərin isə bu ərazilərdən uzaq durmaları məsləhət görülür. 

Daha ətraflı videomaterialda: