Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü
Digərləri 14 Tem 2025 23:23:00 68 0
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu haberi de oku: Partlayış səsləri olacaq MN
Son.az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım məqsədilə Gəncə şəhərinə aparılıb.
Lakin yaralını xəstəxanaya aparan sürücü yolda qəfildən halı pisləşərək Gəncə şəhərində sükan arxasında ölüb. Ağır xəsarət alan piyada da xəstəxanada keçinib.
Kaynak: milli.az