Prostat xərçənginin necə yarandığı məlum oldu
Digərləri 14 Tem 2025 19:24:00 68 0
Alimlər prostat xərçənginin inkişaf mexanizmini daha yaxşı anlamağa imkan verən mühüm kəşfə imza atıblar. Yeni araşdırmalara əsasən, bu xərçəng növünün əsas səbəblərindən biri müəyyən genetik dəyişikliklərin və hormonal balanssızlığın hüceyrə bölünməsinə təsir göstərməsidir.
Bu haberi de oku: İsti hava bu tarixədək davam edəcək
Son.az xəbər verir ki, Böyük Britaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi kişilərdə testosteron hormonunun səviyyəsi ilə genetik mutasiyalar arasında əlaqə var. Bu dəyişikliklər prostat vəzisi hüceyrələrinin nəzarətsiz şəkildə çoxalmasına və şişin əmələ gəlməsinə səbəb olur.
Tədqiqat qrupu qeyd edir ki, prostat vəzisi normalda kişilərdə sperma istehsalına dəstək verən bir orqandır. Lakin müəyyən risk faktorları, o cümlədən yaş, ailə tarixi, qeyri-sağlam həyat tərzi və hormonal disbalans, bu vəzidə xərçəngin yaranma riskini artırır.