"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi"
Digərləri 14 Tem 2025 19:12:00 66 0
"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi" Son.az bildirir ki, bu şikayətlə redaksiyamıza müraciət daxil olub. Rasim adlı şəxsin dediyinə görə "əlimyandı" adı altında sosial şəbəkələrdə satılan maşını aldığı gündən ustalardan çıxa bilmir.
Bu haberi de oku: “Onların ən azı bir valideyni müəllimdir”
Bazar qiymətindən 5-6 min ucuz qiymətə satılan maşını alan şəxsin sevinci qursağında qalıb. O, bildirib ki, 2 ay ərzində maşına 3 min manata yaxın pul "töküb".
"Avtomobili çox yaxşı servisdə yoxlatdırmışdım, orda maşınla bağlı ciddi problem çıxmamışdı, lakin, maşını 20-30 km sürəndən sonra bütün problemləri çıxmağa başladı. Artıq maşın həyətdə də olanda səhəri gündə bir "sürpriz" problemlə açıram", - o gileylənib.
Alıcının dediyinə görə bu kimi elanlara aldanmasınlar.
Kaynak: milli.az