Ağır qəzada ölən qohumların FOTOsu


Digərləri 14 Tem 2025 15:48:00 69 0

Ağır qəzada ölən qohumların FOTOsu

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.

Son.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, "QAZ 3110" markalı avtomobilin su kanalına düşməsi nəticəsində yaxın qohum olan 1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov vəfat edib.

Onların suya düşən maşında boğularaq ölməsi məlum olub.

Qeyd edək ki, hər 3 şəxs əkin sahəsinə gedərkən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Vəfat edən şəxslərin fotosunu təqdim edirik: