“Leman”ın baş redaktoru həbs olundu
Digərləri 13 Tem 2025 09:52:00 94 0
Türkiyədə peyğəmbərlərin karikaturasını dərc edən "Leman" jurnalının baş redaktoru Aslan Özdemir karikatura araşdırması çərçivəsində həbs edilib.
Bu haberi de oku: Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar FOTO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Fransadan İstanbula qayıdan jurnalist hava limanında saxlanılıb. Polis əməkdaşları Özdemiri birbaşa İstanbul ədliyyəsinə aparıb.
Baş redaktor barəsində "xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq" maddəsi ilə cinayət işi açılıb.
Kaynak: milli.az