Rusiyada azərbaycanəsilli polis rəisi tutuldu
Digərləri 13 Tem 2025 17:14:00 67 0
Rusiyanın Nijni Novqorod aeroportunun Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinərək saxlanılıb.
Bu haberi de oku: Sevgilisi Durovu belə "ovsunlayıbmış" FOTO
Son.az oxu.az-a istinadən xəbər verir ki, iddiaya görə, polis polkovnik-leytenantı Musayev miqrantların pul müqabilində Rusiyaya qanunsuz daxil olması üçün sxem yaradıb və 10-dan çox polis əməkdaşını bu sxemə cəlb edib.
Hazırda Musayevə qarşı sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.
Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Kaynak: milli.az