Hoteldəki yanğın faciəsində yeni faktlar
Digərləri 13 Tem 2025 15:25:00 66 0
Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı keçirilən məhkəmənin növbəti iclası baş tutub.
Bu haberi de oku: “Eşref Rüya” məhkəməlik oldu
Son.az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, iddiaçının vəkilinin tələbi əsasında müttəhim qismində dindirilən hotelin sahibi Halit Ergülün kürəkəni və hotelin baş direktoru Emir Arasın yanğın baş verdiyi gün 7-ci mərtəbənin təhlükəsizlik kamera görüntülərinə baxılıb.
Kadrlardan görünüb ki, hotelin baş direktoru otağından çıxaraq dəhlizin sonuna qədər gedib, daha sonra otağına qayıdıb, həyat yoldaşı Elif Aras da qapıdan dəhlizə baxıb, bir müddət sonra Emir Aras həyat yoldaşı və uşaqları ilə cəld otaqdan çıxıb dəhlizdən pilləkənlərə tərəf qaçıb.