Fransada "X" platformasına qarşı cinayət işi açıldı
Digərləri 11 Tem 2025 20:24:00 67 0
Fransanın Paris Baş Prokurorluğu Elon Musk-a məxsus "X" sosial media platformasına qarşı cinayət işi başladıb. İstintaqın səbəbi alqoritmik manipulyasiya və avtomatlaşdırılmış məlumat sisteminə qanunsuz müdaxilə iddialarıdır.
Bu haberi de oku: Tərksilah olan PKKçılar arasında onlar da var FOTO
Son.az bildirir ki, Fransa mediasının yaydığı məlumata görə cinayət işi bu ilin əvvəlində bir deputat və dövlət strukturlarının təqdim etdiyi hesabatlara əsasən qaldırılıb. Sənədlərdə bildirilir ki, platforma alqoritmini səlahiyyətsiz şəkildə dəyişdirib və məlumatları məqsədli şəkildə yönləndirib.
İstintaqa ölkənin kiber cinayətlər üzrə ixtisaslaşmış orqanları rəhbərlik edir. Daxili İşlər Nazirliyinin nəzdindəki polis idarəsi tərəfindən aparılan araşdırma çərçivəsində "X" platformasının Fransadakı fəaliyyətinə və məzmun idarəçiliyinə dair texniki məlumatlar toplanır.
Paris Prokurorluğu bu işi "təşkilatlı dəstənin avtomatlaşdırılmış sistemə müdaxiləsi" və "qanunsuz məlumat çıxarışı" maddələri üzrə araşdırır. Platforma bu ittihamlar sübuta yetirilərsə, cərimə və digər hüquqi sanksiyalarla üzləşə bilər.