Bu ölkələr dollara alternativ tapdı
Digərləri 11 Tem 2025 21:48:00 151 0
Misir və Çin arasında yerli valyutalarla ticarəti gücləndirəcək və dollar asılılığını azaldacaq yeni maliyyə sazişləri imzalanıb.
Bu haberi de oku: Qadın iynədən
Son.az xəbər verir ki, razılaşmalar Çin Baş naziri Li Çianın Qahirəyə rəsmi səfəri çərçivəsində həyata keçirilib.
Misir Mərkəzi Bankının yaydığı məlumata görə sənədlər arasında valyuta mübadiləsi haqqında memorandum, Panda istiqrazlarının buraxılması ilə bağlı razılaşmalar və rəqəmsal ödəniş sistemlərinin inteqrasiyasını nəzərdə tutan protokollar yer alıb. Tərəflər yuan və Misir funtu ilə aparılan ticarətin həcmini artırmağı planlaşdırır.
Razılaşmalara əsasən Çinin milli ödəniş sistemi UnionPay Misirin Texnologiyaların İnkişafı Bankları Şirkəti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində UnionPay kartlarının Misir bazarında istifadəsi genişləndiriləcək, həmçinin ölkənin elektron ödəniş infrastrukturu təkmilləşdiriləcək.