70 qəpiyə satılan "ölüm içkiləri"


Digərləri 11 Tem 2025 23:48:00 67 0

70 qəpiyə satılan "ölüm içkiləri"

Tibb elmləri doktoru Elvira Xaçirova enerji içkilərinin sağlamlığa mənfi təsirləri barədə xəbərdarlıq edib.

Son.az xəbər verir ki, onun sözlərinə görə bu cür içkilər tərkibində yüksək dozada kofein, şəkər və sintetik maddələr ehtiva etdiyindən orqanizmdə ciddi pozuntulara yol aça bilər.

Xaçirova bildirib ki, enerji içkilərindən müntəzəm istifadə ürək ritm pozuntuları, təzyiqin yüksəlməsi, sinir sistemi gərginliyi, yuxusuzluq, mədə-bağırsaq narahatlıqları və asılılıq kimi fəsadlarla nəticələnə bilər.

"Xüsusilə yeniyetmələr və yüksək təzyiq, ürək-damar və sinir sistemi xəstəlikləri olan şəxslər üçün bu içkilər təhlükəlidir. Enerji içkiləri sürətli stimullaşdırıcı təsir göstərsə də, bu təsirin arxasında ciddi yorğunluq və orqanizmin tükənməsi gizlənir", - deyə o vurğulayıb.