Qarpız tumları təbii "viaqra"dır?


Digərləri 12 Tem 2025 00:48:00 63 0

Qarpız tumları təbii "viaqra"dır?

Qarpız tumlarının "təbii viaqra" təsiri göstərdiyi irəli sürülür. Lakin, mütəxəssislər bildirir ki, bu məlumatın elmi əsasları yoxdur.

Son.az xəbər verir ki, qarpız tumları protein, sink, maqnezium və omeqa yağ turşuları ilə zəngindir. Bu maddələr ümumi sağlamlıq və orqanizmin hormonal balansı üçün faydalı hesab olunsa da, onların dərhal və birbaşa cinsi gücü artırması barədə sübut olunmuş tədqiqat mövcud deyil.

Araşdırmalara əsasən, qarpızın özü - xüsusilə də qabığa yaxın hissəsi - "sitrullin" adlı amin turşusu ilə zəngindir. Bu maddə qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır. Lakin bu təsir tumlara aid deyil və "viqra" ilə müqayisə olunacaq qədər güclü təsirə malik deyil.