Otağa niyə girdiyinizi unudursunuzsa... Elmi səbəbi açıqlandı
Digərləri 11 Tem 2025 22:15:00 81 0
Otağa daxil olduqdan sonra niyə girdiyinizi unutmaq tanış haldırsa, narahat olmağa dəyməz.
Son.az bildirir ki, mütəxəssislər bunun neyroloji problem deyil, beynin normal işləmə xüsusiyyəti olduğunu bildirirlər.
Böyük Britaniyanın "HealthTest UK" tibb təşkilatının mütəxəssisləri bu fenomeni "qapı effekti" adlandırır. Onların sözlərinə görə, beyin bir otağın qapısını keçməyi əvvəlki hadisənin sonu, yeni bir mərhələnin başlanğıcı kimi qəbul edir. Bu zaman əvvəlki məqsəd artıq "köhnəlmiş informasiya" hesab olunur və beyin onu silir.
Alimlər qeyd edir ki, bu proses demensiya və ya başqa yaddaş pozuntusu ilə əlaqəli deyil. Lakin yuxusuzluq və fiziki yorğunluq bu effekti daha da gücləndirə bilər. Səbəb isə beynin enerjiyə qənaət etməyə çalışması və yalnız önəmli hesab etdiyi məlumatı yadda saxlamasıdır.