Qarpızın qabığına diqqət : Bu işarə təhlükə ola bilər


Digərləri 11 Tem 2025 18:36:00 83 0

Qarpızın qabığına diqqət : Bu işarə təhlükə ola bilər

Yay mövsümündə sevilən meyvələrdən biri olan qarpızın seçimi qədər onun təhlükəsizliyi də önəmlidir. Mütəxəssislər qarpız alarkən xüsusilə qabığındakı bəzi işarələrə diqqət etməyi tövsiyə edirlər.

Son.az xəbər verir ki, əgər qarpızın qabığında qeyri-adi ləkələr, çatlar, sarımtıl və ya qəhvəyi izlər varsa, bu, meyvənin pestisid və ya kimyəvi gübrələrlə həddindən artıq yetişdirildiyinə işarə ola bilər. Həmçinin, zədələnmiş və ya yumşalmış hissələr mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaradır və bu da zəhərlənmə riskini artırır.

Qarpız seçərkən bu sadə qaydalara əməl edin:

Qabığı parlaq və sərt olmalıdır

Aşağı hissəsindəki sarı ləkə torpaqla təmasının göstəricisidir - bu ləkənin tünd sarı olması meyvənin tam yetişdiyini göstərir

Döyüldükdə boğuq səs çıxarırsa, içi dolu və suludur

Unutmayın, düzgün seçilməmiş və gigiyenik qaydalara əməl olunmadan istifadə olunan qarpızlar sağlamlığınıza zərər verə bilər.