Xəstələrin dərman dərdi Xərcləri artıran səbəblər nələrdir?


Digərləri 27 İyl 2025 14:32:00 60 0

Xəstələrin dərman dərdi  Xərcləri artıran səbəblər nələrdir?

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilbəil artır. Bu ilin yanvar-iyun aylarında ölkəmizə 259 milyon 390 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.6 faiz çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 1.712 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 23.4 faiz azdır. Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2.25 faizini, ixrac isə ümumi ixracın 0.01 faizini təşkil edib.

Bu xəbəri də oxu: Azərbaycanda həkim qəfil öldü

Maraqlıdır, dərmana çəkilən xərclər niyə davamlı olaraq artır? Getdikcə daha çox xəstələnirikmi, yoxsa qiymətlər bahalaşır? Ümumiyyətlə, mövcud bazarda vəziyyəti necə qiymətləndirmək olar?

Son.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Yerli istehsalın genişləndirilməsinə ehtiyac var"

İqtisad elmləri doktoru, professor Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələrinin 90-95 faizi xaricdən gətirilir. Bu vəziyyət hər il çəkilən xərclərin artmasına səbəb olur: "Ona görə yerli istehsala ciddi diqqət ayrılmalıdır. Məsələn, Türkiyə dünyada tanınmış dərman istehsalçısı ölkələrindəndir. Bu ölkənin şirkətlərini Azərbaycana dəvət etmək olar ki, burada öz şəbəkələrini açsınlar. Bazar genişdir, 10 milyondan çox əhalimiz var. Eyni dərmanları gəlib burada istehsal etsinlər". R.Quliyev qeyd edir ki, dövlət artıq bu sahədə əlverişli imkanlar yaradıb. İndi isə sahibkarların təşəbbüs göstərməsi vacibdir: "Hər şeyi dövlət etməməlidir. İran şirkətləri artıq burada istehsala başlayıblar. Türkiyə şirkətləri də gəlib həm istehsal, həm də satışla məşğul ola bilərlər. Yerli istehsalın inkişafı dərman qiymətlərinə də təsir edə bilər. Əgər bu baş tutsa, bir çox dərman vasitələrinin qiymətində 40-45 faizədək azalma müşahidə oluna bilər".

Xərcləri artıran üç əsas amil

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə dərman bazarındakı dəyişikliklərin yalnız ölkədaxili deyil, qlobal proseslərlə bağlı olduğunu vurğulayır: "Dərmanların çeşidi artır, ayrı-ayrı ölkələrdən gələn dərmanların sayında da artım var. Bu, qiymətlərə təsir edir. Eyni zamanda, inflyasiyaya uyğun olaraq artım var. Digər tərəfdən, müəyyən qədər əhali artımı var və dərmanlara olan tələbat getdikcə artmaqdadır. Bu üç amil dərmanların qiymətinə təsir edir. Dərmanlarda qiymət artımı Avropa ölkələrində də müşahidə edilir. Biz bu barədə məlumatlıyıq. Sadəcə, orada bütün tibbi xərcləri icbari tibbi sığorta qarşıladığına görə vətəndaşlar qiymət artımını o qədər hiss etmirlər. Bizdə də bu modelə keçid vacibdir".

"Vergi yükü problemlər yaradır"

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev hesab edir ki, dərman idxalına çəkilən xərclərin artması sahibkarların üzləşdikləri çətinliklərdən qaynaqlanır. Onun sözlərinə görə, əsas problem isə Tarif Şurasının müəyyən etdiyi qiymət siyasətidir: "Xarici istehsalçılar Azərbaycan bazarını kiçik və qeyri-cəlbedici hesab etdiklərindən məhsullarını aşağı qiymətlə təqdim etmək istəmirlər. Əgər bir dərmanın satış qiyməti bir manatdırsa və istehsalçının təklif etdiyi qiymət də bir manata bərabərdirsə, bu, sahibkar üçün sərfəli deyil. Nəticədə həmin məhsulun idxalı dayandırılır və bazarda qıtlıq yaranır. Eyni zamanda, qeydiyyatsız və qeyri-legitim dərman vasitələrinin artmasına səbəb olur. Xəstələr ehtiyac duyduğu dərmanları apteklərdə tapa bilmirlər. İmkanı olanlar onları xaricdən gətizdirir, olmayanlar isə vasitəçilərə müraciət edir. Bu isə qanuni ticarətin zəifləməsinə və nəzarətsiz bazarın formalaşmasına gətirib çıxarır".

Bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı like
  • 27 İyl 14:24  
Digərləri Bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə bağlı nəqliyyat vasitəl

arrow Ətraflı
Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı like
  • 27 İyl 14:17  
Dünya Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında

arrow Ətraflı
Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb like
  • 27 İyl 14:00  
Digərləri Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı r

arrow Ətraflı
"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər? like
  • 27 İyl 13:40  
Şou-biznes "Tağıyev" filminin ikinci sezonu çəkilə bilər?

"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər.

arrow Ətraflı
Bakıda “Ford” yandı like
  • 27 İyl 13:22  
Digərləri Bakıda “Ford” yandı

Bakı şəhərinin Nəsimi rayonunda "Ford" markalı minik avtomobilin

arrow Ətraflı
Dənizə düşən 21 yaşlı oğlan nişanlı imiş və yaxın günlərdə toyu olacaqmış like
  • 27 İyl 13:05  
Dünya Dənizə düşən 21 yaşlı oğlan nişanlı imiş və yaxın günlərdə toyu olacaqmış

Muğlanın Marmaris bölgəsində, qayıqda baş verən dava nəticəsində həy

arrow Ətraflı
100 il yaşamaq üçün nə etmək lazımdır?  Hər gün edilməli olan faydalı məşq like
  • 27 İyl 12:45  
Digərləri 100 il yaşamaq üçün nə etmək lazımdır? Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha d

arrow Ətraflı
“Bir ölər, min dirilərik”  Polad Həşimovun adaşı dünyaya gəldi like
  • 27 İyl 12:34  
Digərləri “Bir ölər, min dirilərik” Polad Həşimovun adaşı dünyaya gəldi

Sosial şəbəkələrdə yayılan bir doğum haqqında şəhadətnamənin görü

arrow Ətraflı
Serdar Ortaç: “Bir lirə də istəmirəm, sadəcə əlayağımı geri istəyirəm” like
  • 27 İyl 12:28  
Şou-biznes Serdar Ortaç: “Bir lirə də istəmirəm, sadəcə əlayağımı geri istəyirəm”

Türkiyənin məşhur pop ifaçısı Serdar Ortaç şəxsi həyatına dair səmi

arrow Ətraflı
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək like
  • 27 İyl 12:04  
Digərləri Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək

İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Tramp Kamboca və Tailandı atəşkəsə razılaşdırdı like
  • 27 İyl 11:48  
Dünya Tramp Kamboca və Tailandı atəşkəsə razılaşdırdı

Kamboca və Tailand arasında artan gərginlik ABŞ prezidenti Donald Trampın b

arrow Ətraflı
Azərbaycanda həkim qəfil öldü like
  • 27 İyl 11:35  
Digərləri Azərbaycanda həkim qəfil öldü

Goranboy rayonunda həkim qəfil vəfat edib.

arrow Ətraflı
Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlandı like
  • 27 İyl 11:27  
Digərləri Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu il�

arrow Ətraflı
60 metrlik asteroid Ayla toqquşa bilər  Yerə təsiri necə olacaq? like
  • 27 İyl 11:08  
Dünya 60 metrlik asteroid Ayla toqquşa bilər Yerə təsiri necə olacaq?

2025-ci ilin əvvəlində dünya mediası tərəfindən ilk dəfə qeydə alına

arrow Ətraflı
Qırmızı xəbərdarlıq  Temperatur 43 dərəcəyədək yüksələcək like
  • 27 İyl 10:27  
Dünya Qırmızı xəbərdarlıq Temperatur 43 dərəcəyədək yüksələcək

Rumıniyada qarşıdan gələn şənbə və bazar günləri havanın daha da ist

arrow Ətraflı