Tramp Kamboca və Tailandı atəşkəsə razılaşdırdı
Dünya 27 İyl 2025 11:48:00 70 0
Kamboca və Tailand arasında artan gərginlik ABŞ prezidenti Donald Trampın birbaşa vasitəçiliyi nəticəsində azaldılıb. İki ölkə dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılığa gəliblər.
Son.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet iyulun 26-da ABŞ prezidenti ilə telefon danışığından sonra məlumat verib.
O bildirib ki, Tramp münaqişə zonasında insan tələfatı ilə bağlı dərin narahatlığını ifadə edib və bölgədə sülhə dəstəyini bir daha vurğulayıb.
"Prezident Tramp daha çox ölüm və yaralanmalara səbəb ola biləcək hər hansı müharibənin qarşısının alınmasında maraqlıdır. Onun beynəlxalq münaqişələrin həllində vasitəçilik təcrübəsi böyükdür", - deyə Hun Manet qeyd edib.
Danışıqlar zamanı Kamboca tərəfi dərhal atəşkəsə razı olduğunu bildirib. Tramp həmçinin Tailandın Baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçai ilə danışdığını və onun da atəşkəs təklifini qəbul etdiyini Hun Manetə çatdırıb.
Atəşkəs razılaşmasının tez bir zamanda reallaşması üçün Kambocanın Baş nazirinin müavini və xarici işlər naziri Prak Sokhona ABŞ-nin dövlət katibi Marko Rubio və Tailandın xarici işlər naziri Marit Sanqiamponq ilə birbaşa koordinasiya aparmaqla vəzifələndirilib.
Kənan Son.az
İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu il�

2025-ci ilin əvvəlində dünya mediası tərəfindən ilk dəfə qeydə alına

Rumıniyada qarşıdan gələn şənbə və bazar günləri havanın daha da ist

Uzun müddətdir ekranlardan uzaq qalan Sinem Kobal son günlərdə barəsində

İyulun 27-si bəzi bürclərin şəxsi həyatında önəmli dəyişikliklərin

Türkiyənin "Roketsan" şirkəti tərəfindən istehsal edilən ilk r

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti öt�

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki ha

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlan

Mövsumdən asılı olmayaraq bəzi insanlar soyuq duş qəbul etməyi xoşlayı

Ağlınız sakitləşmədikdə və bədəniniz rahatlaşmadıqda yatmaq çətind

"Hiperpiqmentasiyaya meyilli xəstələr yayda plastik əməliyyat etdirmə

"Vitaminlər immunitetin qorunmasında və bədənimizin yaxşı vəziyyət
