Biləcəridəki dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ
Digərləri 06 Sen 2025 16:44:00 73 0
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada həlak olanların şəxsiyyəti məlum olub.
Bu xəbəri də oxu: Turisti incit, sonra da turizm gəliri gözlə? Ekspertdən TƏNQİD
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində qəzaya səbəb olan "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Changan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Hadisə nəticəsində xəsarət alan "Changan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.
xxx
Xəbər verdiyimiz kimi, Biləcəri qəsəbəsi ərazisində yük avtomobilinin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərindən biri jurnalistlərə açıqlama verib.
O bildirib ki, hadisə zamanı avtobusda olub:
"Allaha şükür salamatlıq oldu. Maşın haradansa gəldi, düşdü yerə, dəydi digər maşınlara. Möhkəm bir səs gəldi. Amma heç bir şey olmadı. Olan yerdəki maşınlara oldu. 91 nömrəli avtobusa minirdim həmişə, bu dəfə 92-yə mindim. Amma halal olsun 92-nin sürücüsünə ki, milləti ölümə vermədi, yayındırdı. Yoxsa 92-nin üstünə aşsaydı, hamı öləcəkdi". /metbuat.az
xxx
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Son.az-a verilən məlumatda bildirilir ki, onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.
Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da, bioloji ölüm faktı qeydə alınıb.Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumatda bildirilir ki, onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.
Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da, bioloji ölüm faktı qeydə alınıb.
xxx
Xəbərə video əlavə olunub.
xxx
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
FHN-dən Son.az-a verilən məlumata görə, qəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
xxx
Əldə olunan yeni məlumatlara əsasən, yaralılardan biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
xxx
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Son.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi qəza anının görüntüsünü yayıb.
Həmin fotonu təqdim edirik:
---------
11:10
Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
-------
10:30
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Son.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
Qəsəbə ərazisində hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşaraq yolda hərəkət edən avtomobillərin üzərinə düşüb.
İlkin ehtimala görə, hadisə nəticəsində minik avtomobilində üç, yük avtomobilində olan iki nəfər həlak olub. /Oxu.Az
Kosmosda dramatik anlar yaşanıb.

Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma ol

Suriya yeni rəhbərliyi ölkənin bərpası üçün böyük addım atıb.

Türk influenser Danla Biliç ötən il Azərbaycanda yaşadığı hadisəylə

NBA əfsanəsi və analitik Şakil O'Nil 18 yaşlı güləşçi Tamara Hamfr

Xəbər verdiyimiz kimi, dünyaca məşhur italyan modelyer Corco Armani ötən

Bu məşhur məhsul orqanizmdə iltihabı gücləndirir və 2-ci tip diabet risk

Texniki nasazlıq səbəbindən baş verən qəzalar zamanı sürücülərə kas

"Miss Turkey 2024" gözəllik müsabiqəsinin finalçılarından olan

Türkiyəli aktrisa Zeynep Tuğçe Bayat ana olduqdan sonra fit görünüşü il

Meta "WhatsApp", "Facebook" və "Instagram"ı bir-

"Daha bir turizm mövsümü başa çatır. Təəssüf ki, bir çox tarix-me

"Çarpıntı" serialının heyətinə daha bir aktrisa daxil olub.

ABŞ-yə köçən aparıcı Hüsniyyə Məhərrəmova ilk dəfə övladı ilə b

NATO təlimləri İsveç şəhərini içməli su qıtlığı ilə üz-üzə qoya
