Turisti incit, sonra da turizm gəliri gözlə? Ekspertdən TƏNQİD
Digərləri 06 Sen 2025 00:47:00 47 0
"Daha bir turizm mövsümü başa çatır. Təəssüf ki, bir çox tarix-memarlıq abidələrində və digər məkanlarda turist hələ də "bir dəfəlik gəlir mənbəyi" kimi görülür. Şəkil çəkməyə qadağa qoymaq və yaxud şəkil çəkmək üçün pul tələb etmək kimi yanaşmalar yalnız qısamüddətli qazanc psixologiyasının təzahürüdür. Halbuki turizmin iqtisadi dəyəri təkrar səfərlər və razı qalan turistin tövsiyələri üzərində formalaşır".
Bu xəbəri də oxu: "WhatsApp”, “Facebook” və “Instagram” birləşdi
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, dünyada ən çox ziyarət edilən Parisin Louvre muzeyində tətbiq edilməyən qadağaları biz bəzi məkanlarımızda tətbiq edirik. Buna görə də "Louvre"-a 40 avro ödəməyə hazır olan hər il 8-9 milyon turist gəlir, biz isə hələ də belə turizm potensiallı məkanlarımızı dövlət büdcəsindən "asmışıq":
"Belə məkanların rəhbərləri və buna qərar verən şəxslər iqtisadi düşüncəsi və uzunmüddətli viziona sahib olmalıdır. Artıq hamı bilir ki, milyonlarla turist çəkdiyi şəkilləri sosial şəbəkələrdə paylaşaraq bu məkanların pulsuz reklamını edir. Belə məkanlarda şəkil qadağası və ya əlavə pul tələbi reputasiyası korlayır və turistin beynində neqativ yadda qalır. Yeri gəlmişkən turistlərlə qeyri-peşəkar davranma tərzi təkcə dövlət sektora aid olan məkanlarla bağlı deyil. Sahibkarlarımız və onların xidmət edən heyəti də turistlərə birdəfəlik gəlir yeri kimi baxır".
Ekspert qeyd edib ki, bu faktorlar turizm sektoruna ən çox zərər verən səbəblərdəndir. Əgər bu məkanlarda turistlərə qarşı bu yanaşma dəyişməsə, 2019-cu ilin turizm göstəricilərini hələ uzun illər xatirə kimi xatırlayacağıq. Çünki, dövlət hansı infrastrukturu qurursa qursun, hansı dəstəkləyici addımı atırsa atsın, effekt lazımi səviyyədə olmayacaq.
Aysel Əkbər Son.az
"Çarpıntı" serialının heyətinə daha bir aktrisa daxil olub.

ABŞ-yə köçən aparıcı Hüsniyyə Məhərrəmova ilk dəfə övladı ilə b

NATO təlimləri İsveç şəhərini içməli su qıtlığı ilə üz-üzə qoya

Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn C�

Əməkdar artist Firdovsi Atakişiyev yenidən aparıcı kimi fəaliyyət göst�

Aparıcı Nəsib Nur qızı Nəsrinlə paylaşım edib.

Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus m

Alimlər gözlənilməz bir qanunauyğunluq aşkar ediblər: həyat yoldaşları

Çin 3 Sentyabr Qələbə Günü münasibətilə möhtəşəm hərbi parad təş

Numerologiyada hesab edilir ki, telefon nömrəsindəki rəqəmlərin cəmi onun

Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən v

Avstraliyalı xəzinə axtarıcısı Tayler Mahoney, boş ərazilərdə qazınt�

Ev üsulu ilə hazırlanmış qaymaqlı dondurma - evdə asanlıqla bişirə bil

Bu yay bir sıra məşhurlar nişan və toy münasibətilə təqdim etdikləri m

"Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur.
