“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində “Axın halı” adlı incəsənət sərgisi açılıb FOTO


Digərləri 02 Nov 2025 12:20:00 98 0

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində “Axın halı” adlı incəsənət sərgisi açılıb  FOTO

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" İncəsənət Festivalı çərçivəsində Kichik QalArt Qalereyasında "Axın halı" adlı sərgi açılıb.

Sərgi Bakı şəhərinin fəvvarələrindən və onların insan həyatındakı rolundan ilhamlanaraq yaradılıb. Fəvvarələr paytaxtın yaddaşında ictimai və şəxsi hekayələrin qovuşduğu məkanlar kimi təqdim olunur - burada insanlar görüşür, istirahət edir, xatirələrini bölüşür, həyatlarının müxtəlif anlarını yaşayırlar.

Su bu layihədə Bakının dəyişkən və canlı təbiətinin simvolu kimi təqdim olunur - o, şəhərin hərəkətini, inkişafını və kollektiv yaddaşını ifadə edir.

Sərgidə yeddi rəssam - Fidan Əbilova, Elnur Musayev, Günel Cəfərova, Leyla İsayeva, Nigar Səfərova, Hüseyn Cəlil və Aydın Bağırov - şəhər mərkəzindəki fəvvarələrdən ilhamlanaraq ictimai sənət əsərləri təqdim ediblər. Hər bir əsər həmin məkanların şəxsi və ictimai hekayələrini əks etdirir və Bakının gələcəyi üçün yeni baxış bucaqları yaradır.

Layihənin kuratorları Lesli Qrey, Sitarə İbrahimbəyli və Məhinbanu Səfixanlıdır.