Ronaldoya toxunan əlcəklərini paylaşdı
Digərləri 03 Nov 2025 09:10:00 86 0
Səudiyyə Ərəbistanı Liqasının 7-ci turunda "Qarabağ"ın sabiq futbolçusu Yasin Benzia-nın çıxış etdiyi "Əl-Feyha" klubu səfərdə "Əl-Nəsr"lə qarşılaşıb.
Read this news too: Komaya düşən polkovnik vəfat etdi FOTO
Son.az-ın məlumatına görə, Kriştianu Ronaldonun dubl etdiyi görüşdə "Əl-Nəsr" 2:1 hesabı ilə qalib gəlib. Oyun bitdikdən sonra Benzia portuqaliyalı ulduzla görüşüb.
Görüş zamanı diqqətçəkən məqam "Qarabağ"ın futbolçusu Toral Bayramova məxsus əlcəklər olub. Məlum olub ki, Benzia "Qarabağ" klubundan ayrılıb Səudiyyə Ərəbistanına keçərkən Toralın ona hədiyyə etdiyi həmin əlcəkləri özü ilə aparıb və bütün çempionat oyunlarında məhz bu əlcəklərdən istifadə edir.
Son matçda da o, eyni əlcəklərlə Ronaldoya yaxınlaşıb.
