Həbs edilən başçını əvəz edən Dibirov kimdir? DOSYE
Digərləri 02 Nov 2025 18:40:00 129 0
Xəbər verdiyimiz kimi, Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevi həbs edib. "Qafqazinfo" bildirib ki, onun səlahiyyətlərini birinci müavin Turan Dibirov müvəqqəti icra edir.
Read this news too: Özəl sektorda fiziki şəxslərdən gəlir vergisində yeni güzəştlərin tətbiqinə mərhələli keçid
Son.az xəbər verir ki, metbuat.az-ın məlumatına görə, Dibirov Turan Eldar oğlu 1986-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub.
2007-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadiyyat və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.
                                Source: milli.az                                
                            
                        