Xarici diplom bu halda tanınmaya bilər


Digərləri 10 Fev 2025 15:42:00 98 0

Xarici diplom bu halda tanınmaya bilər

Son günlər xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında çoxsaylı sorğular daxil olur. Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarını təqdim edirik. 

Son.az bildirir ki, Ali Məhkəmənin rəsmi saytında dərc olunan məlumata əsasən, şəxsə (Bundan sonra  - iddiaçı) qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib və həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənimlməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib.

Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib. 

Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib.  Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:  1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. 

2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. 

3. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. 

4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər.  Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan başqa, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmayıb.

Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.  

Bu marşrut xəttinin nömrəsi dəyişdirildi like
  • 10 Fev 15:27  
Digərləri Bu marşrut xəttinin nömrəsi dəyişdirildi

Bu gündən Bakıda E2 marşrut xəttinin nömrəsi 72 ilə əvəzlənib.

arrow Ətraflı
BMW həvəskarlarına şad xəbər  FOTO like
  • 10 Fev 15:25  
Digərləri BMW həvəskarlarına şad xəbər FOTO

BMW daxili yanma mühərrikli M3 modellərinin istehsalına davam edəcəyini a�

arrow Ətraflı
Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına RƏSMİ CAVAB like
  • 10 Fev 15:00  
Digərləri Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına RƏSMİ CAVAB

Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü n

arrow Ətraflı
Tramp bu ölkəni faydasız adlandırdı like
  • 10 Fev 14:55  
Digərləri Tramp bu ölkəni faydasız adlandırdı

ABŞ prezidenti Donald Tramp Kanadanı yararsız ölkə adlandırıb. 

arrow Ətraflı
"Avroviziya" mahnımız bu tarixdə təqdim olunacaq like
  • 10 Fev 14:43  
Şou-biznes "Avroviziya" mahnımız bu tarixdə təqdim olunacaq

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025" yarışmasında ölkəmizi

arrow Ətraflı
Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 10 Fev 14:38  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Qarşınızda əvvəllər haqqında heç düşünmədiyiniz imkanlar açılacaq.

arrow Ətraflı
Nikolay Valuyevin Azərbaycana girişinə QADAĞA QOYULDU like
  • 10 Fev 14:33  
Siyasət Nikolay Valuyevin Azərbaycana girişinə QADAĞA QOYULDU

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin s

arrow Ətraflı
"ABŞ Qəzzanı satın ala bilər" like
  • 10 Fev 14:31  
Dünya "ABŞ Qəzzanı satın ala bilər"

Birləşmiş Ştatlar Qəzza zolağını satın ala, onun üzərində nəzarət

arrow Ətraflı
Pensiyaçılara ŞAD XƏBƏR  Yeni artımlarla birgə ödənişlər başlayır  BU TARİXDƏN like
  • 10 Fev 14:23  
Digərləri Pensiyaçılara ŞAD XƏBƏR Yeni artımlarla birgə ödənişlər başlayır BU TARİXDƏN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos

arrow Ətraflı
Azərbaycanda şirin su ehtiyatı azalır: bizi böyük problem gözləyir  Şok RƏQƏMLƏR like
  • 10 Fev 14:19  
Digərləri Azərbaycanda şirin su ehtiyatı azalır: bizi böyük problem gözləyir Şok RƏQƏMLƏR

Son illərdə dünya əhalisinin sürətlə artması, sənaye inqilabları və i

arrow Ətraflı
İnfarktın qarşısını alan QİDA   Hər gün mütləq yeyin like
  • 10 Fev 14:04  
Digərləri İnfarktın qarşısını alan QİDA Hər gün mütləq yeyin

Avokado ürək sağlamlığını qorumağa kömək edən güclü bir qidadır.

arrow Ətraflı
Bakıda kameraların üstünü bağlayıb evə girən maskalılar tutuldu like
  • 10 Fev 13:57  
Digərləri Bakıda kameraların üstünü bağlayıb evə girən maskalılar tutuldu

Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib.

arrow Ətraflı
İcma: "Ermənistanın sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatıq" like
  • 10 Fev 13:51  
Siyasət İcma: "Ermənistanın sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatıq"

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin sülhə və insan hüquqla

arrow Ətraflı