Ruben Vardanyanın növbəti məhkəməsi keçirilib


Digərləri 10 Fev 2025 21:03:00 83 0

Ruben Vardanyanın növbəti məhkəməsi keçirilib

21:03

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Ruben Vardanyanın müdafiəçisi, vəkil Avraam Berman hüquqlarını qoruduğu təqsirləndirilən şəxslə konfidensial görüş üçün şərait yaradılmasına dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait yaradıb və bununla bağlı məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib.

Sədrlik edən hakim məhkəmə prosesinə yeni tərcüməçilərin cəlb olunduğunu elan edib. İttiham və müdafiə tərəfi məhkəmə baxışına yeni cəlb olunan tərcüməçilərin iştirakına etiraz etməyib.

Daha sonra Ruben Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib. Təqsirləndirilən şəxsin vəkilləri etirazı müdafiə ediblər.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.

Bununla əlaqədar məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.

Sevda da plastik əməliyyat etdirib?  VİDEO  FOTO like
  • 10 Fev 20:54  
Şou-biznes Sevda da plastik əməliyyat etdirib? VİDEO FOTO

Müğənni Sevda Sanaliyeva son halı ilə görənləri təəccübləndirib.

arrow Ətraflı
Mask 59 milyon dollarlıq əsassız xərc aşkarlayıb like
  • 10 Fev 20:53  
Dünya Mask 59 milyon dollarlıq əsassız xərc aşkarlayıb

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yox

arrow Ətraflı
Vanqanın seçdiyi tək BÜRC like
  • 10 Fev 20:37  
Digərləri Vanqanın seçdiyi tək BÜRC

Məşhur bolqar görücü Vanqa təkcə gələcəyi proqnozlaşdırmaqla kifayə

arrow Ətraflı
Daha 2 polkovnikə yüksək vəzifə verildi like
  • 10 Fev 20:35  
Digərləri Daha 2 polkovnikə yüksək vəzifə verildi

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib

arrow Ətraflı
Bu tarixdə Bakıya QAR yağacaq like
  • 10 Fev 20:31  
Digərləri Bu tarixdə Bakıya QAR yağacaq

Bakıda və Abşeron yarımadasında havanın temperaturu fevralın 17-i gecəd�

arrow Ətraflı
Pezeşkian metroda  FOTO like
  • 10 Fev 20:30  
Digərləri Pezeşkian metroda FOTO

İran Prezidenti Məsud Pezeşkian metrodan istifadə edib.

arrow Ətraflı
Elnur ilk dəfə xanımı ilə görüntüləndi  VİDEO like
  • 10 Fev 20:21  
Şou-biznes Elnur ilk dəfə xanımı ilə görüntüləndi VİDEO

Müğənni Elnur Məmmədov xanımı ilə görüntülənib.

arrow Ətraflı
Beyaz böyük otel tikdirəcək  FOTO like
  • 10 Fev 20:10  
Şou-biznes Beyaz böyük otel tikdirəcək FOTO

Son illərdə türkiyəli məşhurlar gəlirlərini daşınmaz əmlaka yatırır

arrow Ətraflı
İllər sonra qardaşının həmin qızlarla yayılan VİDEOsundan danışdı like
  • 10 Fev 19:52  
Şou-biznes İllər sonra qardaşının həmin qızlarla yayılan VİDEOsundan danışdı

Müğənni Ramal İsrafilov qardaşı Valeh İsrafilovun illər əvvəl yayılan

arrow Ətraflı
27 yaşlı qadın faciəvi şəkildə öldü like
  • 10 Fev 19:51  
Digərləri 27 yaşlı qadın faciəvi şəkildə öldü

27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

arrow Ətraflı
Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə qadağa like
  • 10 Fev 19:46  
Dünya Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə qadağa

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci ilin Həcc ziyar

arrow Ətraflı
“Cip”ə oturub sürücünün pulunu ələ keçirdilər  VİDEO  FOTO like
  • 10 Fev 19:45  
Kriminal “Cip”ə oturub sürücünün pulunu ələ keçirdilər VİDEO FOTO

Fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşl

arrow Ətraflı
“Heç kimin mənə yazığı gəlməsin"  Yeni boşanan Aysun efirdə AĞLADI  VİDEO like
  • 10 Fev 19:35  
Şou-biznes “Heç kimin mənə yazığı gəlməsin" Yeni boşanan Aysun efirdə AĞLADI VİDEO

"Allah bizə nə yazı yazıbsa, onu da yaşayırıq. Mən çox güclü xan

arrow Ətraflı
"Azərbaycan ərazisinin 80 faizi 8 ballıq seysmik..." like
  • 10 Fev 19:25  
Digərləri "Azərbaycan ərazisinin 80 faizi 8 ballıq seysmik..."

Azərbaycan ərazisinin 80 faizə qədəri 8 ballıq, 20 faizi isə 9 ballıq se

arrow Ətraflı
"Google Chrome"da kritik boşluq AŞKARLANDI like
  • 10 Fev 19:19  
Digərləri "Google Chrome"da kritik boşluq AŞKARLANDI

"Google Chrome" brauzerində kritik boşluq (CVE-2025-0445) aşkarlan�

arrow Ətraflı