Qutuqutu aldığımız vitaminlərin əks effekti üzə çıxdı ölüm riskini artırımış
Digərləri 02 Noy 2024 21:20:00 111 0
Vitaminlər metabolik proseslərdə əsas rol oynayır və hüceyrələrin, toxumaların və orqanların sağlamlığını dəstəkləyir.
Bu xəbəri də oxu: Süni yağış necə yağdırılır?
Son.az lent.az-a istinadən bildirir ki, Amerikalı alimlər tərəfindən ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən aparılan son araşdırma multivitamin əlavələrinin gözlənilən ömür uzunluğuna təsiri mövzusuna diqqət çəkib.
Təcrübədə təxminən 400 min amerikalı iştirak edib. Onların arasında tədqiqatçılar multivitamin istifadəsi ilə ölüm riski arasındakı əlaqəni izləyiblər. İştirakçılar 30 il ərzində izlənilib və elm adamları yaş, cins, etnik mənsubiyyət, həyat tərzi və ailənin tibbi tarixi kimi bir çox amilləri nəzərə alıblar.
Tədqiqatlar göstərib ki, ABŞ-da yetkin insanların təxminən üçdə biri müntəzəm olaraq multivitamin əlavələri qəbul edir, lakin onların ömrünü uzatmaq üçün faydaları sual altında qalır.
Tədqiqatçılar müəyyən ediblər ki, əlavələr qəbul edənlərin ölüm riski multivitaminlərdən istifadə etməyənlərlə müqayisədə bir qədər yüksəkdir, 4%. Bu, xüsusilə 55 yaşdan aşağı insanlar, siqaret çəkənlər və normal bədən kütləsi indeksi olan insanlar arasında doğru olub.
Bundan əlavə, ali təhsilli qadınlar digərlərinə nisbətən müntəzəm əlavələrdən daha çox istifadə ediblər. Eyni zamanda daha aşağı bədən kütləsi indeksi və balanslaşdırılmış pəhriz olan bir çox iştirakçı vitaminlərdən də istifadə edib. Multivitaminlərin qəbulu ilə ölüm riskinin artması arasında əlaqə minimal olsa da, tədqiqatçılar bu cür əlavələrin insan sağlamlığına uzunmüddətli təsirlərini daha yaxşı başa düşmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu gün İranın ali rəhbəri Əli Xamenei ölkənin müxtəlif bölgələrind�
Adına tez-tez rast gəldiyimiz xolestrin yaxşı və pis olmaqla iki növə ay
Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə o
Xalq artisti Mələkxanım Eyubovanın nəvəsi Adil əməliyyat olunub.
İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İran
Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi
İngiltərədə 17 yaşlı gənc kartof yedikdən sonra kor olub.
Səbail rayonu, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında
Ayrılıq zamanı dəli olanBÜRCLƏR: Qisas ala bilərlər
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbə
Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir �
Hamam və tualetdəki santexnika avadanlıqları problem mənbəyinə çevrilmə
Dəm qazı, yəni karbon monoksidlə (CO) zəhərlənmələr günbəgün artmaqd