Dərmanlar ucuzlaşacaq?


Digərləri 02 Noy 2024 20:34:00 115 0

Dərmanlar ucuzlaşacaq?

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi və digər məsələlər müzakirə edilib.

Maraqlıdır, qərar qəbul edilərsə, bu dərmanların qiymətlərində azalma müşahidə oluna bilərmi?

"Kaspi" qəzetinin növbəti məqaləsində bu və digər məsələlərə aydınlıq gətirilib.

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qonşu ölkələrdə dərman preparatları üzrə vergi və gömrük rüsumlarının tənzimlənməsi ilə bağlı araşdırma apardıqdan sonra bu layihəni təklif ediblər: "Məsələn, qonşu Gürcüstanda dərman vasitələri üçün heç bir rüsum tələb olunmur. Bəzi ölkələrdə vergilər diferensial olaraq tənzimlənir. Biz dövlət büdcəsinə böyük miqdarda zərər vermədən, Azərbaycan vətəndaşlarının dərman ehtiyaclarını qarşılamaq üçün təkliflər verdik, vətəndaşların xüsusi qruplarının tələbatlarına uyğun olaraq bəzi dərman preparatlarının ƏDV-dən azad olunmasının gələcək layihələrdə nəzərə alınmasını xahiş etdik".

A. Xudiyev bildirir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar dərman təminatında çətinlik çəkirlər: "Bəzi nadir xəstəliklər var ki, onların qeydiyyatı yoxdur. Çünki adından da göründüyü kimi, nadir hallarda rast gəlinir. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların ölkəyə idxalı yalnız müəyyən icazələrlə mümkündür. Bununla yanaşı, onkoloji xəstəliklər, astma, şəkərli diabet və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların da ƏDV-dən azad olunması vətəndaşlar üçün əlverişli olar. Doğrudur, vətəndaşlar dövlət tərəfindən bəzi dərmanlarla pulsuz təmin olunurlar. Lakin yeni məhsullar meydana çıxır və vətəndaşlar onları satın aldıqda ƏDV-dən azad olunmaları təmin edilə bilər".

Mələkxanım Eyubovanın nəvəsi əməliyyat olundu like
  • 02 Noy 20:24  
Şou-biznes Mələkxanım Eyubovanın nəvəsi əməliyyat olundu

Xalq artisti Mələkxanım Eyubovanın nəvəsi Adil əməliyyat olunub.

arrow Ətraflı
Pezeşkian Azərbaycanla dəhlizin tez açılmasında maraqlıdır like
  • 02 Noy 20:03  
Digərləri Pezeşkian Azərbaycanla dəhlizin tez açılmasında maraqlıdır

İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İran

arrow Ətraflı
Müəllimlər cinsiyyətə aid dərsləri niyə keçmir? like
  • 02 Noy 19:47  
Digərləri Müəllimlər cinsiyyətə aid dərsləri niyə keçmir?

Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi

arrow Ətraflı
Meyvətərəvəz yeməyən gənc əvvəlcə kar, sonra isə kor oldu like
  • 02 Noy 19:42  
Dünya Meyvətərəvəz yeməyən gənc əvvəlcə kar, sonra isə kor oldu

İngiltərədə 17 yaşlı gənc kartof yedikdən sonra kor olub.

arrow Ətraflı
Salyan şosesində maşın piayadanı vurdu like
  • 02 Noy 19:26  
Digərləri Salyan şosesində maşın piayadanı vurdu

Səbail rayonu, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında

arrow Ətraflı
Kamandar Ələkbərova yüksək vəzifə verildi like
  • 02 Noy 19:05  
Digərləri Kamandar Ələkbərova yüksək vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbə

arrow Ətraflı
Sarımsağın ziyanları nələrdir? like
  • 02 Noy 19:04  
Digərləri Sarımsağın ziyanları nələrdir?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir �

arrow Ətraflı
Əlüzyuyan və tualetə yuyucu toz tökün – like
  • 02 Noy 18:58  
Digərləri Əlüzyuyan və tualetə yuyucu toz tökün –

Hamam və tualetdəki santexnika avadanlıqları problem mənbəyinə çevrilmə

arrow Ətraflı
"Səssiz ölüm" – Dəm qazı bəlasından necə xilas olaq? like
  • 02 Noy 18:53  
Digərləri "Səssiz ölüm" – Dəm qazı bəlasından necə xilas olaq?

Dəm qazı, yəni karbon monoksidlə (CO) zəhərlənmələr günbəgün artmaqd

arrow Ətraflı
Gəncədə qətl hadisəsi olub like
  • 02 Noy 18:42  
Digərləri Gəncədə qətl hadisəsi olub

Gəncədə qətl hadisəsi baş verib.

arrow Ətraflı
"Samsung" qəti qərar verdi  bundan sonra... like
  • 02 Noy 18:35  
Digərləri "Samsung" qəti qərar verdi bundan sonra...

"Samsung" şirkəti premium qatlanan smartfonların istehsalına diqq�

arrow Ətraflı
Bu addım insanların sağlamlığına ciddi zərər verə bilər like
  • 02 Noy 18:26  
Digərləri Bu addım insanların sağlamlığına ciddi zərər verə bilər

Veganlıq bəzi insanların sağlamlığına zərər verə bilər.

arrow Ətraflı
Pişik elmə məlum olmayan ekzotik virus kəşf etdi like
  • 02 Noy 18:15  
Dünya Pişik elmə məlum olmayan ekzotik virus kəşf etdi

İnsanlar və pişiklər minillərdir yan-yana yaşayır və bu müddət ərzind

arrow Ətraflı
SİMAdan piyadaları cərimələmək üçün istifadə edilə bilər? like
  • 02 Noy 17:59  
Digərləri SİMAdan piyadaları cərimələmək üçün istifadə edilə bilər?

Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olu

arrow Ətraflı