2025ci ildə 4 bürcün başına nələr gələcək? Pul, işdə mübahisələr, yeni tanışlıqlar...
Digərləri 07 Yan 2025 23:43:00 75 0
Hələ ötən ilin sonlarından etibarən müxtəlif elm sahələri 2025-lə bağlı proqnozlar verir. İqtisadi, siyasi sahədən tutmuş, astrologiyaya qədər insanlar onları nələrin gözlədiyindən xəbərdar olmaq istəyir.
Bu xəbəri də oxu: Afrikada Azərbaycanın 3 gəmisi girov götürülüb? Rəsmi AÇIQLAMA
Son.az xəbər verir ki, azərbaycanlı astroloq Səbuhi Rəhimli də özünün yutub kanalında bürcləri bu il nələrin gözlədiyindən söz açıb.
Odur ki, 4 bürc üçün astroloqun çıxışını təqdim edirik:
Qoç
Ötən ilin sıxıntılı günlərini, eləcə də həll olunmamış problemlərini özünüzə dərd etməyin. Çünki ilanın gəlişi belə xoşagəlməzliyin təkrarlanmasına yol verməyəcək. Bunu elə ilin ilk həftəsində hiss edəcəksiniz. Bu vaxta qədər bürcünüz üçün gərgin keçən yanvar ayı təzə ildə tamamilə uğurlu olacaq. Rastlaşdığınız ağıllı adamlar sayəsində şəxsi həyatınız ideal bir istiqamətə yönələcək. Xüsusilə işlə bağlı müvəffəqiyyətləriniz misli görülməmiş həddə çatacaq. Ümumiyyətlə, 2025-ci il peşəyönümlü fəaliyyətdə və maddi durumunuzun dirçəlməsində böyük rol oynayacaq. Novruz bayramına qədər nəzərdə tutduğunuz planların ləng inkişafı sizi müəyyən qədər darıxdırsa da, baharın gəlişi, eyni zamanda bürcünüzün başlanması şanslarınızı birə beş artıracaq. Nəzərdən qaçırmayın ki, ilan ili taleyinizdə həmişə müsbət və əsaslı dönüş yaradan illər olub. Yəni ötən 12 ili, ondan əvvəlki 24 ili yada salsanız, bunun bariz nümunəsini görərsiniz. İş üslubunda dəyişiklik etməyin vacibliyini vurğulayan ulduzlar paralel fəaliyyəti məhdudlaşdırmağı məsləhət görür. Yəni bir neçə yerə calanmaq olmaz, konkret bir hədəfi götürməlisiniz. Yoxsa enerjiniz tez tükənər. Sevgi məsələlərində cərəyan edən proseslər zövqünüzü oxşayacaq. Təzə tanışlıqlar həyat eşqinizi artıracaq. Evlənmək planlarınızı sentyabrdan sonraya saxlamağınız yaxşıdır. Qazancınız çox olsa da, əldə etdiklərinizi boş məsrəflərə xərcləməməlisiniz. Çünki payızda pula böyük ehtiyac duyacaqsınız. İl ərzində yeganə narahatlığınız dost laqeydliyindən ola bilər. Bu səbəbdən münasibət qurarkən zahiri manevrlərə aldanmamalısınız.
Buğa Bürcünüz il ərzində məhəbbət adlı füsunkar bir nemətin ünvanına baş vuracaq. Hətta bəzi məqamlarda iş və karyera sevginin arxa fonunda qalacaq. Planetiniz olan Venera 2025-ci ilin sizin üçün romantik bir ərəfə olduğuna da təkan verəcək. Evlənənlər arasında daha çox sizin zodiakın nümayəndələri şanslı olacaq. Bəzən deyirlər ki, bu il filan bürcdən olanlar daha çox evlənəcək. Belə bir şey yoxdur. Sadəcə şanslılarınız Venera daha çox Buğa və Tərəzi üçün təkan verir. Amma bu şansdan hər insan istifadə etmir. Əgər planınız varsa, iyun-sentyabr ayları evlənmək üçün daha şanslıdır. İlin ilk 3 ayı fəaliyyətinizdə passivlik müşahidə olunacaq. Həmkarlarınızla mübahisələr, uğursuz cəhdlər, tabeçiliyində fəaliyyət göstərdiyiniz rəhbərlərlə pozulan münasibətlər ciddi görkəminizə bir az daa gərginlik gətirə bilər. Ulduzlar düzgün seçim etmədiyiniz təqdirdə işdən ayrı düşəcəyinizi də istisna etmir. Amma Buğalar ağıllıdır, adətən doğru seçim edirlər.
Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyl�
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahib�
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahib�
Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini st
Tarixən imperialist qüvvələr "böl və hökm sür" prinsipi ilə y
Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi
Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, ki
Ermənistanın sabiq rəhbəri Robert Köçəryan Baş nazir Nikol Paşinyanla d
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahib�
Ümid edirik ki, bu il biz AÇG-də "Dərin Qaz" layihəsindən ilk qa
Avroviziya təmsilçimiz Fərid Məmmədəov uzun illər sonra üzə çıxıb.
...Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil
Müğənni Vəfa Şərifovanın 35 yaşı tamam olub.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahib�
Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız a