Bunu etsəniz, 800 manatadək
Digərləri 18 Okt 2024 14:24:00 126 0
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.
Bu xəbəri də oxu: Banka əmanət yerləşdirərkən
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsinə görə isə cərimələr müəyyənləşir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair təklif layi
Son.az Ailem.az-a istinadən "Narınc" Uşaq Psixologiya Mərkəzinin
ARB TV-nin efirində yayımlanan "Səni Axtarıram" verilişində ifa�
"BakıKart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə
Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün
Aktyor Ülvi Həsənov qalmaqallı açıqlama verib.
Son zamanlar sosial şəbəkələrdə, ictimai nəqliyyatda, taksilərdə ən ç
Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı iti
Qarabağ ermənilərinin "qayıdışı" mövzusu, Ermənistanın təbl
"X" sosial şəbəkəsi (keçmiş Twitter) istifadəçilərini qəzəb
Türkiyədə Miss Universe" gözəllik müsabiqəsi keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan
Ötən il dekabrın 29-na keçən gecə saat 02 radələrində "Kia" m
Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişk