Hiperaktiv uşaqların davranışı belə olur


Digərləri 18 Okt 2024 14:18:00 136 0

Hiperaktiv uşaqların davranışı belə olur

Son.az Ailem.az-a istinadən "Narınc" Uşaq Psixologiya Mərkəzinin psixoloqu Elnurə Cahangirovanın hiperaktiv uşaqlarla bağlı məqaləsini təqdim edir.

Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəaliyyət növündən digərinə asanlıqla keçir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər.

Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Hiperaktivliyin gətirdiyi çətinlikləri keçə bilmək üçün valideynlər uşaqlarının həkimi, psixoloqu və müəllimləri ilə mütəmadi əlaqə saxlamalıdırlar.

Qeyd edək ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır. Hiperaktiv uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir və başqa uşaqlara nisbətən çox fəal olmalıdırlar. Bəzi hiperaktiv uşaqlarda isə diqqətini cəmləyə bilməmək, düşünmədən hərəkət etmək kimi əlamətlər özünü göstərsə də, onlarda həddindən artıq hərəkətlilik müşahidə olunmur. Bundan başqa qız uşaqlarında fəallıq, hərəkətlilik olmadan da diqqət əskikliyi özünü göstərə bilər. Bu vəziyyətdə isə diaqnoz qoymaq çətindir. Çünki bu vəziyyət səssiz, özünə qapanan qız uşaqlarında bir müddət gizli qala bilər. Diqqətini cəmləyərkən çəkdiyi çətinlik, diqqətinin tez yayınması ara-sıra gözə dəyər. Uşaqlar böyüklərə nisbətən daha fəal və hərəkətlidirlər. Ancaq hiperaktiv uşaqlarda bu hərəkətlilik uşağın öz yaşıdları ilə müqayisədə diqqətə çarpacaq qədər çoxdur. Uşaqların hərəkətliliyi oyunlar zamanı, bağçada, məktəbdə və ya evdə olarkən ailə və müəllimlər üçün problem yaratdıqda həddindən artıq hərəkətlilik kimi xarakterizə edilir. Digər tərəfdən hiperaktiv uşağın qısa müddətli işlər ərzində televiziyaya baxmaq, kompüter oyunu oynamaq kimi əyləncələr zamanı çox diqqətli olduğunu da görə bilərsiniz.   Hiperaktiv uşaqların davranışı   Belə uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əskikliyi göstərmədən saatlarla televizora baxır, kompüter oyunları oynayırlar. Belə bir halda uşaq necə hiperaktiv ola bilər? Cavab çox asandır. Kompüter oyunları və televiziya uşaqların diqqətini cəmləyərək xəbərdarlıq göndərir. Yəni bu uşaqlar televizora baxarkən və ya kompüter oyunlarını oynayarkən passiv mövqedədirlər və diqqətlərini kənardan gələn xəbərdarlıqlar sayəsində cəmləyə bilirlər.   Hiperaktiv uşaqların valideynlərinin nəzərinə   Hiperaktiv uşaqlar həm valideynlərə, həm də ailənin digər üzvlərinə böyük problemlər yaradır. Müalicə olunmayan hiperaktiv uşaq ailəyə narahatlıq yaratmağa davam edəcək. Bu səbəbdən də uşağınıza davranışını idarə edə bilməsi üçün sizə kömək etmək məqsədilə bir neçə məsləhət veririk:  - Uşağınız üçün gündəlik bir proqram hazırlayın. Onun yemək yediyi, yuyunduğu, məktəbə getmək üçün evdən çıxdığı vaxtı hər gün eyni saatlarda müəyyən edin. - Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik hədiyyələr verməyiniz çox önəmlidir. Valideyn və digər ailə üzvləri və yoldaşları tərəfindən olan bu cür müsbət dəstək və sevgi uşağınızın özünü yaxşı hiss etməsini təmin edəcək. Bu uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır. Onlarla danışarkən mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və ya əlini tutaraq toxunmaq da yaxşı nəticə verir. - Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır. - Öyrənmə çatışmazıqları varsa, pedaqoji üsullar tətbiq olunur. Hiperaktiv uşaqların təhsil almasında ailə üzvlərinin və uşağın ünsiyyətdə olduğu insanların rolu da çox böyükdür. Belə uşaqlar da məktəbdə ən azı digər yoldaşları qədər müvəffəqiyyətli ola bilirlər. Uşağın hiperaktiv olması əsla onun kifayət qədər ağıllı olmadığını göstərmir. Hiperaktiv uşaqlar nizamsız və diqqətsiz ola bilərlər. Lakin bu, onların öyrənmə qabiliyyətlərinin olmamasından xəbər vermir. Bu, onların hiperaktivliyindən irəli gəlir. Sonda isə əziz valideynlərə məsləhətim odur ki, pozitiv düşünsünlər. Övladlarının daxili aləmi ilə daha yaxından maraqlansınlar.

"7 ildir 1ci nəvəmi GÖRMÜRƏM, bura gəlsə, canımı verərəm"  VİDEO like
  • 18 Okt 14:13  
Şou-biznes "7 ildir 1ci nəvəmi GÖRMÜRƏM, bura gəlsə, canımı verərəm" VİDEO

ARB TV-nin efirində yayımlanan "Səni Axtarıram" verilişində ifa�

arrow Ətraflı
“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq? like
  • 18 Okt 14:05  
Digərləri “BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq?

"BakıKart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə

arrow Ətraflı
Bu ölkə Rusiyaya 12 min əsgər göndərəcək like
  • 18 Okt 14:00  
Dünya Bu ölkə Rusiyaya 12 min əsgər göndərəcək

Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün

arrow Ətraflı
"İnsanlardan iyrənirəm, dünyaya NİFRƏT EDİRƏM"  VİDEO like
  • 18 Okt 13:52  
Şou-biznes "İnsanlardan iyrənirəm, dünyaya NİFRƏT EDİRƏM" VİDEO

Aktyor Ülvi Həsənov qalmaqallı açıqlama verib.

arrow Ətraflı
Şayiələrə son qoyuldu like
  • 18 Okt 13:50  
Digərləri Şayiələrə son qoyuldu

Son zamanlar sosial şəbəkələrdə, ictimai nəqliyyatda, taksilərdə ən ç

arrow Ətraflı
Bələdiyyələrin sayı like
  • 18 Okt 13:45  
Digərləri Bələdiyyələrin sayı

Azərbaycanda 1400 bələdiyyə birləşəcək.

arrow Ətraflı
Aİ Gürcüstanı 121 milyon avro yardımdan like
  • 18 Okt 13:42  
Dünya Aİ Gürcüstanı 121 milyon avro yardımdan

Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı iti

arrow Ətraflı
İsveçrə neytrallığı unudub, "erməni mərəzi"nə like
  • 18 Okt 13:40  
Siyasət İsveçrə neytrallığı unudub, "erməni mərəzi"nə

Qarabağ ermənilərinin "qayıdışı" mövzusu, Ermənistanın təbl

arrow Ətraflı
“X” (keçmiş Twitter) istifadəçi məlumatlarını like
  • 18 Okt 13:39  
Digərləri “X” (keçmiş Twitter) istifadəçi məlumatlarını

"X" sosial şəbəkəsi (keçmiş Twitter) istifadəçilərini qəzəb

arrow Ətraflı
Azərbaycanı "Miss Universe"də o təmsil etdi  FOTOlar like
  • 18 Okt 13:33  
Şou-biznes Azərbaycanı "Miss Universe"də o təmsil etdi FOTOlar

Türkiyədə Miss Universe" gözəllik müsabiqəsi keçirilib.

arrow Ətraflı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü  FOTO like
  • 18 Okt 13:32  
Siyasət Ceyhun Bayramov Hakan Fidanla görüşdü FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan

arrow Ətraflı
Maşını məscidə çırparaq 2 nəfərin öldürən şəxsə like
  • 18 Okt 13:26  
Kriminal Maşını məscidə çırparaq 2 nəfərin öldürən şəxsə

Ötən il dekabrın 29-na keçən gecə saat 02 radələrində "Kia" m

arrow Ətraflı
Sabahın havası: Leysan, dolu, qar like
  • 18 Okt 13:20  
Digərləri Sabahın havası: Leysan, dolu, qar

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişk

arrow Ətraflı
“Daşlı qala” mahnısı qalmaqal yaratdı  VİDEO like
  • 18 Okt 13:15  
Şou-biznes “Daşlı qala” mahnısı qalmaqal yaratdı VİDEO

Xalq artisti Niyamməddin Musayevlə keçmiş "Lalə" qızlar ansambl�

arrow Ətraflı
HƏMAS liderinin ölümündən əvvəlki AÇIQLAMASI – like
  • 18 Okt 13:07  
Dünya HƏMAS liderinin ölümündən əvvəlki AÇIQLAMASI –

Son.az bildirir ki,  Musavat.com -un da xəbər verdiyi kimi, İsrail ordusu, H

arrow Ətraflı