Bələdiyyələrin sayı
Digərləri 18 Okt 2024 13:45:00 114 0
Azərbaycanda 1400 bələdiyyə birləşəcək.
Bu xəbəri də oxu: 2 manata yarım saatlıq xoşbəxtlik necə olur?
Son.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Regional məsələlər komitəsinin "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" qanun layihələrində əksini tapıb.
Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 685-ə düşəcək.
Qeyd edək ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 5 aprel 2024-cü il tarixli qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir. Bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.
Qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı iti
Qarabağ ermənilərinin "qayıdışı" mövzusu, Ermənistanın təbl
"X" sosial şəbəkəsi (keçmiş Twitter) istifadəçilərini qəzəb
Türkiyədə Miss Universe" gözəllik müsabiqəsi keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan
Ötən il dekabrın 29-na keçən gecə saat 02 radələrində "Kia" m
Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişk
Xalq artisti Niyamməddin Musayevlə keçmiş "Lalə" qızlar ansambl�
Son.az bildirir ki, Musavat.com -un da xəbər verdiyi kimi, İsrail ordusu, H
Sağlam həyat vərdişləri çərçivəsində son illərdə getdikcə daha çox
Məşhur sosial media platforması olan "Instagram" intim şantaj fır
COP29 dövründə Bakıda toylara məhdudiyyət tətbiq edilməsi nəzərdə tut
Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini təqdim etməyə hazırla�
İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair "3+3" platforması