Məhkəmə işi: Elnarənin atası belə öldürülüb...


Digərləri 17 Okt 2024 21:04:00 68 0

Məhkəmə işi: Elnarənin atası belə öldürülüb...

Məşhur rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az  Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Əliyev ifadə verib. O bildirib ki, cinayət baş verən zaman öz maşınında gözləyib:

"Mən, Mustafa Zeynalov və Kamran Bəkirovla maşınla Ləhic bağlarında yerləşən "Şəhid bulağı" adlanan yerə gedərkən onlar arasında mübahisə yarandı. Maşını kənara çəkib düşdülər. Onlar getdikdən sonra qışqırıq səsləri eşitdim. Hadisə yerinə gələrkən Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm. Onun içəri aparılmasında Mustafa Zeynalova yardım etdim. Daha sonrasından məlumatım olmadı".

Təqsirləndirilən şəxs əlavə edib ki, 14-cü polis bölməsinə dəvət olunduqdan sonra əməlini etiraf edib:

"Bir müddət sonra Mustafa polis tərəfindən saxlanıldı. Mən də bölməyə çağırdıqdan sonra əməlimi etiraf etdim. Hadisə baş verən ərazini polis əməkdaşlarına göstərdim. Onlar axtarış edərək Kamran Bəkirovun meyitinin quyuda olduğunu müəyyən etdilər".

Qeyd edək ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı ötən il aprelin 6-da Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində baş verib.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan 300 min manat pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib, polkovnik rütbəsi daşıyıb. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.

Proses noyabrın 7-də davam etdiriləcək. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xatirə İslamdan gəlinlərinə bahalı HƏDİYYƏ like
  • 17 Okt 21:01  
Şou-biznes Xatirə İslamdan gəlinlərinə bahalı HƏDİYYƏ

Müğənni Xatirə İslam sosial şəbəkə paylaşımı ilə marağa səbəb ol

arrow Ətraflı
Deputat Allahverdiyeva mənimsəmədə like
  • 17 Okt 20:54  
Dünya Deputat Allahverdiyeva mənimsəmədə

Ukraynada "Xalqın Xidmətçisi" partiyasının üzvü, deputat İrina

arrow Ətraflı
"Ərim telefonunun parolunu vermirsə, bu mənim üçün XƏYANƏTDİR"  VİDEO like
  • 17 Okt 20:48  
Şou-biznes "Ərim telefonunun parolunu vermirsə, bu mənim üçün XƏYANƏTDİR" VİDEO

"Ailədə ər və arvad telefonun parolunu bilməlidirmi?" mövzusu &q

arrow Ətraflı
Ağcaqanadın dişlədiyi kişi ÖLDÜ like
  • 17 Okt 20:42  
Dünya Ağcaqanadın dişlədiyi kişi ÖLDÜ

ABŞ-ın Konnektikut ştatında 5 il əvvəl ağcaqanad dişləyən kişi ölüb

arrow Ətraflı
Aİdən Ukrayna ilə bağlı like
  • 17 Okt 20:37  
Dünya Aİdən Ukrayna ilə bağlı

Avropa İttifaqının sammiti ölkələrini Ukraynaya hava hücumundan müdafiə

arrow Ətraflı
"Yardım edin, özümü otağa qapamışam”  FOTOlar like
  • 17 Okt 20:30  
Şou-biznes "Yardım edin, özümü otağa qapamışam” FOTOlar

Türk klassik musiqi sənətçisi Umut Akyürek sosial media hesabındakı payla

arrow Ətraflı
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği like
  • 17 Okt 20:29  
Digərləri Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği

Gəncə şəhərinə edilən hücumlar nəticəsində dövlət mülkiyyətində

arrow Ətraflı
"Qadın, uşaq olmasaydı, saxlatdırıb biriki kəlimə söz deyəcəkdim..." like
  • 17 Okt 20:23  
Digərləri "Qadın, uşaq olmasaydı, saxlatdırıb biriki kəlimə söz deyəcəkdim..."

Siyavuş Novruzov "TV Müsavat"ın efirində cərimələrdən söz aç

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 17 Okt 20:18  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin

arrow Ətraflı
İlon Maskı "şərin himayədarı" adlandırdılar like
  • 17 Okt 20:13  
Dünya İlon Maskı "şərin himayədarı" adlandırdılar

"Digər texnologiya şirkətlərinin rəhbərlərindən fərqli olaraq, &qu

arrow Ətraflı
40dan çox avtoriteti öldürən “qanuni oğru” AZADLIĞA ÇIXIR like
  • 17 Okt 20:06  
Kriminal 40dan çox avtoriteti öldürən “qanuni oğru” AZADLIĞA ÇIXIR

Rusiyada mütəşəkkil cinayətkar aləmin ən çox adı hallananlardan biri d�

arrow Ətraflı
“Bacım mənə qaraciyərini verdi, özü isə...” like
  • 17 Okt 20:00  
Şou-biznes “Bacım mənə qaraciyərini verdi, özü isə...”

"Uşaq vaxtı mən "Hepatit B" virusuna yoluxdum. Amma o zamanlar

arrow Ətraflı
Mübariz İbrahimov kimdir? –  Düşmənə təkbaşına hücum edən, nəşi ilə like
  • 17 Okt 19:54  
Digərləri Mübariz İbrahimov kimdir? – Düşmənə təkbaşına hücum edən, nəşi ilə

Son.az lent.az-a istinadən bildirir ki,"Bioqrafiya" rubrikasında Az�

arrow Ətraflı
Yemək bişirməyi bilməyən BÜRCLƏR  Onlar yumurtanı belə... like
  • 17 Okt 19:48  
Digərləri Yemək bişirməyi bilməyən BÜRCLƏR Onlar yumurtanı belə...

Yemək bişirmək təkcə resept deyil, həm də ruh tələb edən işdir. Ancaq

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 17dən 20sinədək... like
  • 17 Okt 19:45  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 17dən 20sinədək...

Azərbaycanın rayonlarında oktyabrın 17-dən 20-si gündüzədək qeyri-sabit

arrow Ətraflı