“Bacım mənə qaraciyərini verdi, özü isə...”


Şou-biznes 17 Okt 2024 20:00:00 136 0

“Bacım mənə qaraciyərini verdi, özü isə...”

"Uşaq vaxtı mən "Hepatit B" virusuna yoluxdum. Amma o zamanlar bu virusa yoluxduğumu tam dəqiqliklə bilmirdim çünki 1990-ci illərin əvvəli idi və o zamanlar vəziyyət çox çətin idi. Bakıda olan analizlər "B"-yə yoluxduğumu göstərə bilmədi. Rəhmətlik babam infeksion xəstəliklə üzrə professor idi. O dedi ki, sənin bütün göstəricilərin "B"-dir. Bu xəstəlikdə uşaqlıqdan məndə var idi. Sonra Bakıya bu xəstəliyin düzgün aşkara çıxarılması ilə bağlı yeni aparatlar gələndə mən yoxlanışdan keçdim. Sübut olundu ki, mən "Hepatit B" xəstəliyinin daşıyıcısıyam. Müalicələr alsam da amma nəticəsi o qədər də effektli olmadı. Bununla əlaqədar Belorusiyaya, Almaniyaya və dəfələlə Türkiyəyə də getmişdim. Amma bu 10-15 il çəkən prosesdir. Puldan danışmaq da istəmirəm. Çünki bütün pullar məni müalicələrimə gedirdi".

Son.az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Nərmin Kərimbəyovanın qardaşı Kamran "Xəzər axşamı" verilişinə müsahibəsində deyib.

Uşaqlıq illərindən qaraciyər sirrozundan əziyyət çəkdiyini söyləyən sənətçinin qardaşı xəstəliyi, müalicəsi və ona donor olan bacısından danışıb:

"Sirroz xəstəliyinin yeganə müalicəsi qaraciyər transplantasiyasıdır. Donor məsələsi ortaya çıxanda çoxlu nüanslar əmələ gəlir. Hətta yaxın insanlar öz orqanlarını vermirlər, kömək etmirlər. Bacım Nərminə əziyyət vermək və onu təhlükəyə salmaq istəmədim. Uzun zaman ona demədim ki, mənə sırf donor lazımdır. Bacım mənə dəfələrlə deyirdi ki, sənə biz necə kömək edə, dəstək ola bilərik. Mən bir dəfə dedim ki, bu donor məsələsidir. O heç fikirləşmədən cavab verdi ki, donoru niyə axtarırsan ki, donor var. Sual verdim ki, kim? O cavab verdi ki, donor mən olacağam. Onun xasiyyətini və mənə bununla bağlı "hə" deyəcəyini bilirdim. O mənə çox böyük bir dəstək oldu. Bu nəyin ki, dəstəkdir, mən bacım Nərminə görə indi yaşayıram".

Türkiyədə əməliyyat olunan Kamran bildirib ki, əməliyyatdan sonra ona qaraciyərini verən bacısı Nərminin səhhəti qəfil pisləşib:

"Əməliyyat  günü mənim vəziyyətim yaxşılaşdı. Ancaq Nərminin səhhətində böyük problemlər oldu. Biz onun üçün çox qorxduq. Ona görə çox narahat oldum. Axı onun bu vəziyyətə düşməsi mənə görə oldu. Onunla dəfələrlə danışanda deyirdim ki, bəlkə lazım deyil. O isə bu söhbəti etməməyimi deyirdi. 8 saat mənim əməliyyatım çəkdi. İnsanlar trasplantasiya əməliyyatından sonra daha da yaxın olurlar. Nərminlə onsuzda yaxın idik, amma bu əməliyyatdan sonra daha da yaxın olduq. Ağrılar olanda bacımı fikirləşirəm. Başım ağrayanda dərhal Nərmin zəng edib halımı soruşur. Deyir ki, hiss elədim ki, pissən. Nərmin haqda danışanda kövrəliyəm. Nərmin yanımda heç zaman ağlamır. Bilirəm ki, o tək olanda mənim üçün ağlayır. Hər zaman bir yerdə olacayıq, hər şey yaxşı olacaq. Sən mənə həyat verdin buna görə çox sağol".

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Mübariz İbrahimov kimdir? –  Düşmənə təkbaşına hücum edən, nəşi ilə like
  • 17 Okt 19:54  
Digərləri Mübariz İbrahimov kimdir? – Düşmənə təkbaşına hücum edən, nəşi ilə

Son.az lent.az-a istinadən bildirir ki,"Bioqrafiya" rubrikasında Az�

arrow Ətraflı
Yemək bişirməyi bilməyən BÜRCLƏR  Onlar yumurtanı belə... like
  • 17 Okt 19:48  
Digərləri Yemək bişirməyi bilməyən BÜRCLƏR Onlar yumurtanı belə...

Yemək bişirmək təkcə resept deyil, həm də ruh tələb edən işdir. Ancaq

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 17dən 20sinədək... like
  • 17 Okt 19:45  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 17dən 20sinədək...

Azərbaycanın rayonlarında oktyabrın 17-dən 20-si gündüzədək qeyri-sabit

arrow Ətraflı
Məmnuniyyətlə Antarktidaya səfər edərdim like
  • 17 Okt 19:42  
Dünya Məmnuniyyətlə Antarktidaya səfər edərdim

Böyük məmnuniyyətlə Antarktidaya səfər edərdim.

arrow Ətraflı
"Qayınananı incidən gəlinlər Allaha cavab verəcək, daş düşsün başınıza"  VİDEO like
  • 17 Okt 19:34  
Şou-biznes "Qayınananı incidən gəlinlər Allaha cavab verəcək, daş düşsün başınıza" VİDEO

"Gəlin, gözəl ananın övladı ilə evlisən. Yemədi yedirtdi, üşüy�

arrow Ətraflı
Türkiyədə tualetə atılan körpə kimə veriləcək? like
  • 17 Okt 19:27  
Digərləri Türkiyədə tualetə atılan körpə kimə veriləcək?

18 yaşlı ananın Türkiyə hava limanının tualetinə atdığı qız Rusiyaya

arrow Ətraflı
Bir qutu siqaretə görə 3.5 il like
  • 17 Okt 19:14  
Kriminal Bir qutu siqaretə görə 3.5 il

Ağsu rayonunda vətəndaşı hədələyərək, bir qutu siqaretini alan şəxs�

arrow Ətraflı
XİN: Azərbaycanın Livandakı səfirliyinin heyəti like
  • 17 Okt 19:13  
Siyasət XİN: Azərbaycanın Livandakı səfirliyinin heyəti

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlük

arrow Ətraflı
Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq like
  • 17 Okt 19:07  
Digərləri Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq

Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik

arrow Ətraflı
Gürcü mətbəxinin ən ləziz təamları like
  • 17 Okt 19:01  
Digərləri Gürcü mətbəxinin ən ləziz təamları

Gürcü mətbəxi zəngin və müxtəlifdir, dadlı yeməkləri ilə tanınır.

arrow Ətraflı
Yol bağlı olacaq, bəs, hava limanına like
  • 17 Okt 19:00  
Digərləri Yol bağlı olacaq, bəs, hava limanına

Xəbər verdiyimiz kimi, oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan

arrow Ətraflı
"Siçovullarla zirzəmilərdə yaşamışam,  20 qəpik pulu...” like
  • 17 Okt 18:54  
Şou-biznes "Siçovullarla zirzəmilərdə yaşamışam, 20 qəpik pulu...”

"Mən zəngin insan deyiləm. Çox sadə bir həyat tərzim var. Müəllim

arrow Ətraflı
COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur like
  • 17 Okt 18:53  
Digərləri COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv müh

arrow Ətraflı
Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN like
  • 17 Okt 18:47  
Digərləri Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN

Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı öv

arrow Ətraflı