Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq


Digərləri 17 Okt 2024 19:07:00 69 0

Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq

Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik raketlərinin satışına icazə verib. Nazirliyə yaxın olan "Alpha Defence" portalı bu məlumatı dolayısı ilə təsdiqləyib.

Son.az bildirir ki,  Oxu.Az-a məsələ ilə bağlı fikirlərini bildirən Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girne Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadık Akyar Ermənistanın Hindistan müdafiə sənayesi məhsullarına yönəlməsinin səbəblərindən bəhs edib:

"Hindistan və Ermənistan arasında xüsusilə müdafiə sahəsində bir yaxınlaşma var. Biz son dövrdə artilleriya sistemlərinin, tank əleyhinə raketlərin, raket sistemlərinin İrəvana verilməsinin, yaxud bununla bağlı müqavilələrin bağlanmasının şahidi olduq. Ən son Hindistanın müdafiə sənayesində ixtisaslaşmış mətbuatı "Pralay" kvaziballistik raketlərinin satılması haqqında razılığın əldə olunduğunu bildirdi.

Ermənistanın isə Hindistan bazarına üz tutmasının bir neçə səbəbi var. Bunlardan birincisi Ukrayna müharibəsi, ikincisi - Ermənistanın Rusiyadan Ankara və Moskva, Bakı və Moskva, Ankara və Bakı arasındakı əməkdaşlığa görə istədiyi silahları ala bilməməsidir. Üçüncüsü isə odur ki, Hindistanın ABŞ ilə münasibətləri nə qədər yaxşı olsa da, silah sistemlərinin əksəriyyətini Rusiya və Çinlə müştərək şəkildə istehsal edir. Hazırda ABŞ faktorundan dolayı Çinlə də münasibətlər pisləşib. Digər tərəfdən, Hindistan silah sistemləri Ermənistanın istehsal sistemləri ilə uyğunlaşdırıla bilir".

Polkovnik sözügedən raket sistemlərinin göstəricilərindən və döyüş qabiliyyətindən danışıb:

"Pralay" ilə bağlı onu deyə bilərəm ki, bu kvaziballistik raket sistemləri ortamənzillidir. Mənzili 300-500 km arasındadır, 500 kq-dan çox partlayıcı başlığı daşıya bilir. "Pralay" hind dilində "qiyamət günü" mənasına gəlir. Səbəbi isə onun nüvə başlığı da daşımaq qabiliyyətində olmasıdır. Bir də mobil sistem olduğu üçün fərqli döyüş maşınlarının üzərində quraşdırıla bilir. Hərəkətdə olan maşının üzərindən də atılması mümkündür, yəni tez-tez yeri dəyişdirilə bilir. Özünü gizlətmək qabiliyyəti var, təyin olunması nisbətən çətindir.

Bu raket sistemləri daha çox strateji hədəfləri qarşı-qarşıya döyüşə girmədən (yol, körpü, aerodrom, elektrik stansiyası, hərbi hissə və s.) vurmaq üçün istifadə olunur. Əlbəttə, Ermənistan ordusunun inventarına daxil olduğu zaman təhdid yaradacaq. Azərbaycan Ermənistana gətirildikdən sonra bunların hərəkətini izləməli və mümkün toqquşma halında olduqları yerdə məhv etməlidir".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Gürcü mətbəxinin ən ləziz təamları like
  • 17 Okt 19:01  
Digərləri Gürcü mətbəxinin ən ləziz təamları

Gürcü mətbəxi zəngin və müxtəlifdir, dadlı yeməkləri ilə tanınır.

arrow Ətraflı
Yol bağlı olacaq, bəs, hava limanına like
  • 17 Okt 19:00  
Digərləri Yol bağlı olacaq, bəs, hava limanına

Xəbər verdiyimiz kimi, oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan

arrow Ətraflı
"Siçovullarla zirzəmilərdə yaşamışam,  20 qəpik pulu...” like
  • 17 Okt 18:54  
Şou-biznes "Siçovullarla zirzəmilərdə yaşamışam, 20 qəpik pulu...”

"Mən zəngin insan deyiləm. Çox sadə bir həyat tərzim var. Müəllim

arrow Ətraflı
COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur like
  • 17 Okt 18:53  
Digərləri COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv müh

arrow Ətraflı
Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN like
  • 17 Okt 18:47  
Digərləri Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN

Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı öv

arrow Ətraflı
Generalın azadlıq istəyi yenə like
  • 17 Okt 18:40  
Kriminal Generalın azadlıq istəyi yenə

Doqquz ildən çoxdur, həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (ləğv

arrow Ətraflı
İsrailin gözlənilən zərbəsi: like
  • 17 Okt 18:34  
Dünya İsrailin gözlənilən zərbəsi:

İran xarici işlər naziri Abbas Arakçı Misir rəsmiləri ilə danışıqlar

arrow Ətraflı
Prokurorluq BNA əməkdaşlarının azadlığa buraxılmasına like
  • 17 Okt 18:28  
Kriminal Prokurorluq BNA əməkdaşlarının azadlığa buraxılmasına

Prokurorluq sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya prote

arrow Ətraflı
Azərbaycanlı müğənni rəqsi ilə diqqət çəkdi  VİDEO like
  • 17 Okt 18:21  
Şou-biznes Azərbaycanlı müğənni rəqsi ilə diqqət çəkdi VİDEO

Müğənni Sevinc Ağaşirinova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Bu məktəb və mərkəzlərə işə qəbul qaydaları dəyişdi like
  • 17 Okt 18:16  
Digərləri Bu məktəb və mərkəzlərə işə qəbul qaydaları dəyişdi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsə

arrow Ətraflı
Ceyhun Bayramov Türkiyəyə getdi like
  • 17 Okt 18:15  
Siyasət Ceyhun Bayramov Türkiyəyə getdi

17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun

arrow Ətraflı
Taksi və avtobuslara yeni fərqlənmə nişanları verildi like
  • 17 Okt 18:12  
Digərləri Taksi və avtobuslara yeni fərqlənmə nişanları verildi

Taksi və avtobuslara yeni fərqlənmə nişanı verilib.

arrow Ətraflı
"Efirdə ancaq meyxana və "çaqqaçukka" mahnıları varsa..." like
  • 17 Okt 18:06  
Şou-biznes "Efirdə ancaq meyxana və "çaqqaçukka" mahnıları varsa..."

"Biz danışanda elə düşünürlər ki, həmin müğənnilərə paxıllı

arrow Ətraflı
HƏMAS lideri öldürülüb? like
  • 17 Okt 18:01  
Dünya HƏMAS lideri öldürülüb?

İsrail Müdafiə Ordusu Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar za

arrow Ətraflı
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq like
  • 17 Okt 17:58  
Digərləri Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq

Ölkə ərazisində müşahidə olunacaq küləkli hava ilə əlaqədar gəmilə

arrow Ətraflı