Bu gün Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür
Digərləri 18 Okt 2024 00:24:00 114 0
Bu gün Cəbrayıl rayonunun Xudafərin körpüsü və ətraf məntəqələrinin düşmən işğalından azad edilməsindən 4 il ötür. Azərbaycanın üçrəngli bayrağı 27 ildən sonra körpünün üzərində ucaldıldı.
Bu xəbəri də oxu: Rusiyada yaşayan azərbaycanlılar oxusun:
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu Xudafərin körpülərini işğaldan azad edib.
Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.
Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğal altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmaq məcburiyyətində qalıblar.
Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Bakı metrosunda hərəkətdə olan qatarda qəribə hadisə yaşanıb. Son.a
Son.az bizimyol.info-ya istinadla 18 oktyabr, 2024-cü il tarixi üçün ulduz f
Aparıcı Aytən Səfərova böyük oğlu Raul ilə bağlı paylaşımıyla diqq
Tovuz rayon Əbulbəyli kəndində ana və övladı dəm qazından zəhərlənib
Son günlər baş verən zəlzələlər insanlarda narahatlıq yaradıb - Təşv
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Müğənni Elçin Cəfərov bu gün təmtəraqlı şəkildə 40 yaşını qeyd e
Xəbər verdiyimiz kimi, HƏMAS lideri Yəhya Sinvar İsrail qüvvələri ilə t
Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur
Məşhur ukraynalı müğənni Kamaliya Pakistan əsilli milyarder Məhəmməd Z
Son günlər dönərdən zəhərlənmə halları artıb. Hətta ard-arda baş ve
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Oğuzhan Koç aktrisa Hazal Suba
Gəncə şəhərinə edilən hücumlar nəticəsində dövlət mülkiyyətində
Türkiyə Prezidenti Rəcəb Ərdoğan İstanbulda Ermənistanın xarici işlər